“Aİ ilə Azərbaycan arasında hərtərəfli saziş imzalanmalıdır” Siyasət

“Aİ ilə Azərbaycan arasında hərtərəfli saziş imzalanmalıdır”

“Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında yeni, hər məsələni əhatə edən ikitərəfli saziş imzalanmalıdır”.
Bunu Macarıstanın Xarici işlər və xarici ticarət naziri Peter Siyarto Aİ və Şərq tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin iclasından sonra onlayn konfransda deyib.
Nazir bildirib ki, Şərq tərəfdaşlığı post-pandemiya dünyasında Aİ üçün böyük əhəmiyyət kəsb edir:
“Aİ-yə tərəfdaşlar və müttəfiqlər qismində üçüncü ölkələr lazımdır, bu günədək bu qurum Şərq tərəfdaşlığının vacibliyini yalnız sözdə vurğulayırdı. Amma bu iclasda dörd konkret təklif irəli sürüldü”.
Onun sözlərinə görə, bu təkliflərdən biri Aİ ilə Azərbaycan arasında hərtərəfli sazişlə bağlıdır:
“Azərbaycanla tərəfdaşlıq barədə saziş imzalanmalıdır. Təbii qaz hasilatının daim artdığı Azərbaycan enerji ehtiyatlarının tədarükü məsələsində vacib rol oynayacaq”.