“Elmi kontentə sistemli dəstək lazımdır”
12 İyun 15:43
12 İyun 15:43
12 İyun 14:51
17 İyun 2020 19:20
3 374
“ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri ilə daim təmasdadırlar. Onlar Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının müzakirə olunduğu birgə videokonfrans keçiriblər”.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
Rusiya XİN rəsmisi bu ayın sonuna kimi həmsədrlərin nazirlərlə növbəti qiyabi görüşünün planlaşdırıldığını qeyd edib.
“Bu barədə ayrıca məlumat veriləcək. Bildiyiniz kimi, koronavirusla əlaqədar tətbiq edilən məhdudiyyətlər aradan qaldırıldıqda – sərhədlər açıldıqda və beynəlxalq aviareyslər bərpa edildikdə görüşlər də əyani xarakter daşıyacaq”, - deyə Mariya Zaxarova vurğulayıb.
12 İyun 20:31
1 372
12 İyun 18:36
1 253
12 İyun 17:22
1 218