Sərhəd bölgəsində yaşayan rus icmasının nümayəndələri ermənilərin son təxribatlarını qətiyyətlə pisləyirlər Siyasət

Sərhəd bölgəsində yaşayan rus icmasının nümayəndələri ermənilərin son təxribatlarını qətiyyətlə pisləyirlər

Gədəbəydə yaşayan rus icmasının üzvləri Azərbaycana dəstək olaraq bir araya gəldilər.

O nların məqsədi iyulun 12-dən başlayaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində erməni silahlı qüvvələri tərəfindən törədilən qanlı təxribatlara etirazlarını bildirməkdir.

Rus icmasının üzvləri vurğulayıblar ki, Azərbaycan Ordusu müasir silahlara və güclü qüvvəyə malikdir. Hər birimiz hər an Ali Baş Komandanın əmri ilə tapşırığı yerinə yetirməyə hazırıq. Vətənimizi əldə silah qorumağa, torpaqlarımızı işğal altından azad etməyə hazırıq.

Gədəbəy rayonunun rus icmasının sədri Nikolay Bıçkov bildirib ki, Azərbaycan bizim Vətənimizdir. Biz burada doğulub burada yaşamışıq. Bu təxribatlar bizi çox narahat edir. "Biz Vətənimizi sevirik. Biz ruslar Ali Baş Komandanımızın əmrini gözləyirik və hər an Vətənimizin müdafiəsinə qalxmağa hazırıq. Biz müharibə istəmirik. Sakit yaşamaq bizim də haqqımızdır. Biz ermənilərin son təxribatlarını qətiyyətlə pisləyirik, etirazımızı bildiririk. Bütün dünyada yaşayan ruslardan haqq səsimizə səs verməyə, bizə dəstək olmağa çağırıram. Ermənilərin bizə və Vətənimizə qarşı təxribatları, müharibə dərhal dayandırılmalıdır", - deyə icmanın sədri əlavə edib.