Tofiq Zülfüqarov: “Faktaraşdırıcı missiyaya ehtiyac yoxdur” Siyasət

Tofiq Zülfüqarov: “Faktaraşdırıcı missiyaya ehtiyac yoxdur”

“Suriyadan, Livandan və ya dünyanın istənilən yerindən muzdlular gətirsə belə, bunun Ermənistana heç bir xeyri olmayacaq. Çünki zaman o zaman deyil. İndi topların, uzaq mənzilli müasir döyüş vasitələrinin zamanıdır. Hansı ki, bu sahədə Ermənistanla bizi müqayisə etmək olmaz”. Keçmiş Xarici İşlər naziri Tofiq Zülfüqarov həmçinin, ermənilərin Qarabağda məskunlaşdırma siyasətinə də ciddi baxmağın tərəfdarı deyil. Sabiq nazir AXC TV-yə müsahibəsində deyib ki, heç kim infrastrukturu dağılmış, yaşayış həddi aşağı səviyyədə olan, daim müharibə təhlükəsi olan bir ərazidə yaşamaq istəməz. Tofiq Zülfüqarov Türkiyənin regionda və dünya çapındakı rolundan və Kremldaxili ziddiyyətlərdən də danışıb - VİDEO