Hikmət hacızadədədən İsa Qəmbərə sual... Siyasət

Hikmət hacızadədədən İsa Qəmbərə sual...

"Bəlkə insan azadlıqlarını partiyadada tətbiq edək"

İsa Qəmbər facebookda yazıdğı statusunda qeyd edib ki, ABŞ Senat Komitəsi Mərkəzi Kəşfiyyat İdarəsinin məhbuslara işgəncə verməsi barədə geniş hesabat açıqlayıb: "İşgəncələr əsasən xarici vətəndaşlara verilib, ABŞ vətəndaşlarına deyil. Bu hesabat isə məhz ABŞ dövlətinə, hakimiyyətinə, vətəndaşlarına xeyli problem yaradacaq. Bütün bunlara baxmayaraq ABŞ hakimiyyəti hesabatın açıqlanmasına dəstək verir, onu açıqlayanları "vətən xaini" adlandırmır. ABŞ prezidentlərindən biri Cimmi Karter maraqlı bir söz demişdi: "ABŞ insan haqlarını yaratmayıb, insan haqları ABŞ-ı yaradıb"".
Ardınca İ.Qəmbər "Bəlkə biz də insan haqlarının fundamental, universal və faydalı dəyər olduğunu qəbul edək, tətbiq edək və Azərbaycanımızı inkişaf etdirək?!" yazıb. Müsavat Partiyasından istefa verən politoloq Hikmət Hacızadə isə İsa Qəmbərin statusunun altında ona maraqlı bir sual ünvanlayıb. Hikmət Hacızadə sualında bildirib: "Bəlkə insan azadlıqlarını partiyada da tətbiq edək, "onlar iqtidara işləyir" kimi gözəl ideyaları kanara qoyaq?".
Ancaq İsa Qəmbər Hacızadənin bu sualına cavab verməyib, əvəzində sabiq müsavatçının VIII qurultayda çıxışını özündə əks etdirən videonu paylaşıb. Lakin bu, Hikmət Hacızadəni qane etmədiyi üçün o, sualını yenidən təkrar edib.

Əli