Paşinyan parlamentdə tribunaya çıxmaqdan imtina edib - VİDEO Siyasət

Paşinyan parlamentdə tribunaya çıxmaqdan imtina edib - VİDEO

Yerevanda Ermənistanın baş naziri Nikol Paşinyanın istefası tələbi ilə növbəti etiraz aksiyası başlayıb.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, etirazçılar parlament binasının önünə toplaşıb.

Qeyd olunur ki, polis əməkdaşları ətraf yolları bağlayıb. Parlament binasına snayperlər yerləşdirilib, yerdə xüsusi səs qumbaraları düzülüb.

Eyni zamanda, parlamentdə hökumət üzvlərinin iştirtakı ilə iclas başlayıb.

N.Paşinyan iclasda iştirak etsə də, sualları cavablandırmaq üçün tribunaya çıxmaqdan imtina edib.