Azərbaycan və Türkiyə Qarabağ məsələsini müzakirə edəcək Siyasət

Azərbaycan və Türkiyə Qarabağ məsələsini müzakirə edəcək

Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlunun Bakıya səfəri zamanı Dağlıq Qarabağ məsələsi müzakirə ediləcək. Bu barədə "Trend" Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir.
Məlumata əsasən, Türkiyə XİN-in rəhbəri fevralın 25-26-da Bakıya səfər edəcək.
Səfər zamanı Dağlıq Qarabağ məsələsi ilə yanaşı, regional və beynəlxalq problemlər də müzakirə olunacaq.