BAXCP-nin təklifi dəstəklənir Siyasət

BAXCP-nin təklifi dəstəklənir

Elçin Mirzəbəyli: "Çox arzulayardıq ki, bu prosesə bütövlükdə yalnız bir siyasi partiyanın təşəbbüsü müstəvisindən yanaşılmasın"

Azər Həsrət: "Bu təklif dəstəklənməli və dövlət səviyyəsində tədbirlər görülməlidir"

Faiq Balabəyli: "Düşünürəm ki, gözəl təklifdir və bu təklifə dəyər vermək lazımdır"

Zəlimxan Məmmədli: "Belə hadisələr barədə keçirilən toplantılar hər iki dövlətdə yüksək səviyyədə qeyd olunmalıdır"

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının Martın 30-da keçirilən İdarə Heyətinin iclasında aprelin 24-də, saat 11:00-da Bakının və Azərbaycanın digər ərazilərinin erməni hərbi birləşmələrindən azad olunması zamanı həlak olan türk əsgər və zabitlərin xatirəsinə ucaldılmış abidəni ziyarət - Xilaskar Türk Əsgərlərinin Anım Gününü qeyd etmək barədə qərar qəbul edilib.
BAXCP İdarə Heyyətinin iclasında qeyd olunub ki, əgər beynəlxalq birlik tarixə erməni yalanlarının deyil, ədalətin gözüylə baxarsa, o zaman 24 aprelin "erməni soyqırımı" günü yox, Anadoluda və Qafqazda yaşayan xalqların xilası günü olduğunu görə bilər.
BAXCP İdarə Heyəti bu il həm də Çanaqqala zəfərinin 100 illiyi olduğu üçün siyasi təşkilatları, ictimaiyyət nümayəndələrini bu tədbirə qatılmağa dəvət edib.
Partiyanın mətbuat xidmətindən bildirilib ki, 2007-ci ildən etibarən BAXCP hər il aprelin 24-nü Xilaskar Türk Əsgərlərinin Anım Günü kimi qeyd edir.
BAXCP Idarə Heyətinin bu qərarı "Xalq Cəbhəsi"nə açıqlama verən ekspertlər tərəfindən birmənalı olaraq dəstəklənir.
BAXCP-nin beynəlxalq məsələlər üzrə katibi Elçin Mirzəbəyli bildirdi ki, artıq bir neçə ildir partiyamız 24 apreli xilaskar türk əsgərinin anım günü kimi qeyd edir: "İlkin olaraq biz bu prosesi başlamıışıq. Təbii ki, sonradan Türkiyənin də belə bir prosesə dəstək verməsi sevindirici hal idi. Belə bir təşəbbüslə partiyamısın sədri, millət vakili Qüdrət Həsənquliyev çıxış etdiyi zaman tarixi faktlara əsaslanırdı. Həmin dövrdə-ötən əsrin əvvəllərində ermənilərə qarşı hər hansı bir soyqırım aktı baş verməmişdi. Əksinə, Anadoluda və Qafqazda, eyni zamanda Güney Azərbaycan ərazisində soyqırım baş vermişdi. Osmanli əsgərləri isə bu soyqırımının qarşısının alınması üçün müvafiq tədbirlər görmüşdülər və eyni zamanda Qafqaz İslam Ordusunun tərkibində Azərbaycanda etnik təmizləmə aparan erməni millətçilərinə qarşı azərbaycanlılarla birgə mübarizə aparmışdılar". Onun sözlərinə görə, azərbaycanlılar da Çanqqalada döyüşüblər: "Faktiki olaraq bir xalqın nümayəndələri eyni düşmənə qarşı birgə mübarizə aparıblar. Bu tarixi faktlar sübuta yeririr ki, nə Azərbaycan, nə də Anadolu türkləri tarix boyu kimsəyə qarşı soyqırım siyasəti yürütməyiblər, əksinə özləri hər zaman soyqırıma məruiz qalıblar. Bu baxımdan da biz, 24 aprel tarixinin bütövlükdə həm Çanaqqala savaşının, həm də Azərbaycanda baş verən 1918-ci il hadisələrinin türk əsgərinin bu prosesdə xilaskar obrazında çıxış etdiyini düşünürük. Söhbət təkcə Azərbaycan türklərinin xilas olunmasından getmir. Məhz həmin dövrdə ermənilər təkcə Azərbaycan türklərinə qarşı savaş aparmırdılar. Bildiyiniz kimi çoxsaylı digər millətlərin nümayəndələri qətlə yetirilmişdi, etnik təmizləməyə məruz qalmışdı. Eyni zamanda, əgər Türkiyə Çanaqqala savaşında məğlub olsydı bunun acı aqibətini regionda olan digər xalqlar da yaşayacaqdılar. Onlar da əsarət altına düşəcək və daha böyük problemlərlə qarşlaşacaqdılar. Hesab edirəm ki, bütün bu faktlar bir yerə toparlanaraq 24 aprelin məhz xilaskar türk əsgərinin anım günü kimi qeyd olunmasına imkan yaradır. Biz, öz tərəfimizdən üzərimizə düşən missiyanı hər zaman yerinə yetirmişik və bu prosesdə heç zaman kimsədən dəstək gözləməmişik. BAXCP hər zaman öz üzərinə düşəm məsuliyyəti, doğru hesab etdiyini öz üzərinə götürərərək irəli addımlayıb. Çox arzulayardıq ki, bu prosesə bütövlükdə yalnız bir siyasi partiyanın təşəbbüsü müstəvisindən yanaşılmasın. Necə ki arttıq yanaşılmır, Türkiyə səviyəsində bu hadisə fərqli adda da olsa qeyd ediləcək. Hesab edirəm ki, Azərbaycanın digər ictimai-siyasi təşkilatları, qurumları da bu prosesdə fəal iştirak etməlidirlər. Dövlətimizin mənafeyi, eyni zamanda tarixi həqiqətlər də bunu tələb edir. Düşünürəm ki, bu prosesdə həm də Türkiyəni Azərbaycanda təmsil edən şəxslər də fəal iştirak etməli və birləşdirici mövqedən çıxış etməli, ortaq dəyərlərimizə söykənərək addımlar atmaldırlar. Bu, baxışlarından, mövqeyindən asılı olmayaraq bizim ortaq tariximizdir və mənbafeyimiz də bu gün bunu tələb edir".
Buna münasibətini açıqlayan tanınmış jurnalist Azər Həsərət "mən düşünürəm ki, bu təklif dəstəklənməli və dövlət səviyyəsində tədbirlər görülməlidir". –deyə bildirdi: "Özü də elə təmtəraqla qeyd edilməlidir ki, Bakını xilas etmiş Türk Şəhidlərinin, eləcə də onlarla çiyin-çiyinə vuruşmuş Qafqaz İslam Ordusunun bütün əsgərlərinin ruhu şad olsun".
Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) funksioneri Faiq Balabəyli "düşünürəm ki gözəl təklifdir və bu təklifə dəyər vermək lazımdır".- deyə vurğuladı: "Bu bir tarixdir, onsuz da yazılıb və yaddaşlardan da süzülərək bu günümüzə gəlib, bu günümüzdən də sabahımıza çatacaq. Yaxşı olardı ki, bunu anım günü qeyd edək. Sözzsüz ki ermənilər bu günü özlərinin "soyqırımı" günü kimi yad edir və özlərinə sərf edən addımı atır, siyasəti yürüdür. Bu təklifin dəyərləndirilməsi yaxşı olardı, zənnimcə".
"Borçalı" Cəmiyyətinin sədri Zəlimxan Məmmədli isə deyib ki, "bir millət, iki dövlətik" deyirik: "Fakt odur ki, ermənilərin bütün hiylələri təkcə Türkiyənin deyil, bütün türk dünyasının əleyhinə yönəlib. Separatçıların Anadolunu içəridən parçalamaq və Azərbaycanı bir dövlət olaraq yerindən oynatmaq missiyası göz önündədir. Ortada Xocalı, Çanaqqala və s. şəhidliklər mövcuddur. Bu səbəbdən belə hadisələr barədə keçirilən toplantıların hər iki dövlətdə yüksək səviyyədə qeyd olunması, anılması zəruridir. Və bu şəhidliklərin türk dünyasına xidmət etməsi platforması ortaya gəlməlidir. Təklifi birmənalı şəkildə dəstəkləyirəm. Bunlar dövlətimizin, millətimizin vahidliyinə, ideoloji, siyasi, mənəvi və psixoloji cəhətdən birliyinə xidmət göstərir. Oxşar təşəbbüslər çoxalmalı və dəstəklənməlidir. Çox istərdim ki, dövlət idarəetmə aparatı da belə bir qərarın verilməsinə dəstək versin".

Əli