“Müsavat varlığı olmayan, parçalanmış və dağılmış bir partiyadır” Siyasət

“Müsavat varlığı olmayan, parçalanmış və dağılmış bir partiyadır”

Vüqar Rəhimzadə: "Sözügedən partiya 4-5 yerə parçalanıb"

"Ümumiyyətlə, mitinq keçirməyə radikal müxalifətin nə qabiliyyəti, nə say tərkibi, nə də mövcudluqları imkan verir". Bunu Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Müsavat Partiyasının böyük israrla yürüş keçirmək istəməsinə münasibət bildirərkən deyib.
YAP rəsmisinin sözlərinə görə, bu gün Müsavat varlığı olmayan, parçalanmış və dağılmış bir partiyadır: "Axı onlar hansı yürüşdən, mitinqdən söhbət edirlər? Bu gün sözügedən partiya 4-5 yerə parçalanıb. Onlar sadəcə olaraq yürüş keçirməklə özlərini gündəmdə saxlamağa çalışırlar. Bu şəxslər xaricdən qrant aldıqları insanların sifarişlərini yerinə yetirməklə məşğuldurlar. Müxalifət auditoriyası olmadığı halda, yürüş keçirməklə ətrafdakları da özlərinə cəlb etmək istəyir. Bir növ onlar öz varlıqlarını sübut etməyə çalışırlar. Amma reallıqda Müsavat Partiyasının mövcudluğundan söhbət gedə bilməz. Hesab edirəm ki, sözügedən partiya artıq siyasi səhnədən silinib. Onların fəaliyyətlərinin, sosial bazalarının olmaması, daxildəki ziddiyyətləri, rayon təşkilatlarının bir-bir buraxılması və s. bu partiyanın artıq sonunun tamamlandığının göstəricilərindən biridir. Onlar sadəcə olaraq bəzi xarici havadarlarının, antiazərbaycan, ermənipərəst və erməni qüvvələrinin əlində alət rolunu oynayıb. Bu şəxslərin məqsədi yürüş keçirməklə asayişi pozmaqdır. Təbii ki, buna qətiyyən yol vermək olmaz".

Əli