“ABŞ Dağlıq Qarabağ münaqişəsinin həllində səmərəli rol oynamalı...” Siyasət

“ABŞ Dağlıq Qarabağ münaqişəsinin həllində səmərəli rol oynamalı...”

Amerikalı ekspert:"Erməniyönümlü piar təşkilatlarının təsiri olan hər hansı addımlardan çəkinməlidir"

Avropa İttifaqı Azərbaycan və Türkiyənin Avropaya meyilli siyasətinə diqqət yetirmir və Rusiyanın etibarlı müttəfiqi olan Ermənistana daha çox diqqət ayırır.
Bunu Trend-ə siyasi analitik, Markett Universitetinin (Marquette University) beynəlxalq münasibətlər üzrə eksperti Piter Teys bildirib.
Onun sözlərinə görə, Avrasiya İqtisadi Birliyinə (AİB) daxil olan Ermənistan geridə qalan və kölgə iqtisadiyyatına malik ölkədir ki, Moskva ilə koordinasiyalı xarici siyasət yeridir, Cənubi Qafqazın tarixini təhrif edən, Azərbaycanın dünyadakı imicinə zərər vuran kampaniyalar aparır.
Eskpertin sözlərinə görə, digər tərəfdən rəsmi Bakının tarazlı siyasəti, beynəlxalq arenadakı fəaliyyəti heç də başqa Qərbi Avropa ölkələrindən geri qalmır.
Teys qeyd edib ki, münaqişələrin sülh yolu ilə həllində Azərbaycanın göstərdiyi mövqe xüsusilə onun öz ərazi bütövlüyünün pozulmasıyla bağlıdır. O, Azərbaycanın sülhə meylli olmasını Avropa dəyərlərinə təəssüb kimi qiymətləndirib.
Ekspert əlavə edib ki, Aİ-nin xarici siyasətindəki bu unutqanlığa görə, məhz ABŞ Dağlıq Qarabağ münaqişəsinin həllində səmərəli rol oynamalı, erməniyönümlü piar təşkilatlarının təsiri olan hər hansı addımlardan çəkinməlidir.