“XX yüzillikdә transmilli ermәni terrorunun tarixi“ Siyasət

“XX yüzillikdә transmilli ermәni terrorunun tarixi“

Rusiyalı tarixçi: "İşğal olunmuş ərazilərin Azərbaycanın yurisdiksiyasına qaytarılması ilə ədalət bərpa olunacaq"

Azərbaycan Strateji Araşdırmalar Mərkəzində Oleq Kuznetsovun "XX yüzillikdә transmilli ermәni terrorunun tarixi" adlı kitabının tәqdimatı keçirilib.
APA-nın məlumatına görə, mərkəzin direktoru Fərhad Məmmədov tədbirdə ermәni tәbliğatına qarşı bir neçә ölkәdә bu kimi layihәlәrin hәyata keçirildiyini bildirib. Onun sözlərinə görə, təqdimatı keçirilən kitabın bu ilin sonu və ya gələn ilin əvvəlində türk və ingilis dillərində tərcümə edilməsi planlaşdırılır.
Kitabın müəllifi O. Kuznetsov isə bildirib ki, kitabında erməni cinayətlərini məhz hüquqi cəhətdən araşdırıb: "İndi Ermәnistanda rәhbәrlikdә olan bütün siyasәtçilәr Qarabağ müharibәsi zamanı qanunsuz silahlanmış səhra komandirlәri, separatçılardır".
O bildirib ki, həmin şəxslərin çoxu keçmiş Sovet İttifaqı vətəndaşı olmayan şəxslərdir: "Onlar SSRİ-yə Suriya, Livan, bəziləri də İordaniyadan gəlmiş silahlılardır. Aralarında Fransa və ABŞ-dan gələn erməni muzdluları da olub. Cənubi Qafqazda hadisələr törədən erməni qüvvələrinin 5-6 mini SSRİ vətəndaşı olmayıb. Ona görə də biz Dağlıq Qarabağ münaqişəsinə Sovet İttifaqı daxilində etnik zəmində baş verən münaqişə kimi baxa bilmərik. Təxribatlar SSRİ-dən kənarda hazırlanıb. Bu hadisələrin nəticələrini aradan qaldırmaq üçün "Arsax" adlandırdıqları qondarma respublika ləğv edilməli və bütün işğal olunmuş ərazilər Azərbaycanın yurisdiksiyasına verilməlidir. Bu halda həm tarixi, həm də hüquqi ədalət bərpa olunacaq".