24 aprel - Xilaskar Türk Əsgərlərinin Anım Günü... Siyasət

24 aprel - Xilaskar Türk Əsgərlərinin Anım Günü...

Vüqar Abbasov: "BAXCP-nin təklifi maraqlı və dəyərlidir"

Fuad Babayev: "Bu ideya dəyərlidir, təqdir olunmalıdır"

Tural Əliyev: "Məhz 24 apreldə mərd türk əsgərlərinin anım günü kimi qeyd olunmasını təqdirə layiq hesab edirəm"

Elşən Qaraçuqlu: "Bu yöndə tədbirlər keçirilməsini zəruri sayır və alğışlayıram"

Fuad Hüseynzadə: "Bu hər şeydən əvvəl türk əsgərinə olan bir sayğıdır"

Hikmət Elp: "Bu bəklif dəyərləndirilməlidir"

Zaur Şükürlü: "Önəmli təklifdir, təqdirəlayiq haldır"

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının Martın 30-da keçirilən İdarə Heyətinin iclasında aprelin 24-də, saat 11:00-da Bakının və Azərbaycanın digər ərazilərinin erməni hərbi birləşmələrindən azad olunması zamanı həlak olan türk əsgər və zabitlərin xatirəsinə ucaldılmış abidəni ziyarət - Xilaskar Türk Əsgərlərinin Anım Gününü qeyd etmək barədə qərar qəbul edib.
BAXCP İdarə Heyyətinin iclasında qeyd olunub ki, əgər beynəlxalq birlik tarixə erməni yalanlarının deyil, ədalətin gözüylə baxarsa, o zaman 24 aprelin "erməni soyqırımı" günü yox, Anadoluda və Qafqazda yaşayan xalqların xilası günü olduğunu görə bilər.
Hollandiya və Beynəlxalq Jurnalistlər Birliyinin üzvü, politoloq Vüqar Abbasov dedi ki, BAXCP-nin bu təklifi maraqlı və dəyərlidir: "Ancaq nə üçün məhz aprelin 24 – ünü seçdiyimizi də əsaslandırmamız lazımdır. Bilirsiz ki, Avropada və eləcədə dünyada maraqlı qüvvələr bu tarixə diqqət göstərirlər. Xüsusən bizlərin bu tarixdə atacağımız hər addım diqqət mərkəzində ola bilər. Odur ki, məntiqli addımlar atmamız gərəkliyini düşünürəm. Bir də onu demək istəyirəm ki, edəcəyim hər hansı bir işi tək daxili cəmiyyətimizə deyil, həm də xaricə hesablamağı bacarmalıyıq".
Politoloq Fuad Babayev dedi ki, çox tez-tez tarixi həqiqətlərimizi xarici auditoriyaya çatdırmağın zəruriliyi barədə fikirlər səslənir: "Bu fikirlərlə razılaşmamaq mümkün deyil. Amma unutmaq olmaz ki, erməniliyin bizlərə vurduğu zərbələr haqqında bizimkiləri də məlumatlandırmalıyıq. O cümlədən yeni tarixi "ünvan"lar, yeni tarixi "koordinat"lar təsis etməklə. Xilaskar Türk Əsgərlərinin Anım Günü ideyasını dəstəkləmək üçün ötən əsrin ikinci onilliiyinin sonlarında Qafqazda cərəyan etmiş hadisələrdən az-çox xəbərdar olmaq kifayətdir. Bu ideya dəyərlidir. Təqdir olunmalıdır".
Vətəndaş Hüquqlarının Müdafiəsi Naminə Hüquq Müdafiə Təşkilatının beynəlxalq məsələlər üzrə müavini, politoloq Tural Əliyev dedi ki, tarixi öyrəndikcə bir millət və dövlət olaraq daha da diqqətli olmağımız gərəkdir: "Xüsusən də bizə həssas olan məsələlərdə. Bildiyiniz kimi, 24 aprel ermənilərin " uydurma soyqırım " günüdür. Onların bir millət olaraq yaşaması artıq "soyqırım" məsələsindən asılı vəziyyətə düşüb. Yalançı və uydurduqları ideyalogiyanı 100 ildir dünyanın hər yerində yayırlar. Qardaş Türkiyə dövlətinin beynəlxalq aləmdə və bölgədə artan nüfuzu Qərb dövlətlərini narahat etməyə bilməz. Əslində Qərbin Türkiyəyə siyasəti heç vaxt dəyişilməyib. Təbii ki, bu məsələdə dost və qardaş Türkiyəyə qarşı aparılan siyasət Azərbaycana da öz təsirini göstərir. Bu siyasətə qarşı mübarizə aparmaq üçün Türkiyə və Azərbaycan bütün səylərini birləşdirməlidir. Birgə addımlar atılmalıdır. Artıq müdafiə zamanı deyil, hücum siyasətinə qarşı hücumla cavab vermək zamanıdır. 1918-ci il mart hadisələrində ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərin qarşısın almaq üçün Bakıya qardaş Türkiyədən xilaskar ordu daxil oldu. Türk əsgərləri böyük qəhrəmanlıq göstərərək, neçə-neçə şəhid verdilər. Adlarını Azərbaycanın şanlı tarix səhifəsinə yazdırdılar. Məhz 24 apreldə mərd türk əsgərlərinin anım günü kimi qeyd olunmasını təqdirə layiq hesab edirəm. Düşünürəm, bu birliyimizi daha da möhkəmləndirəcək, dünyaya bir mesaj olacaq. Həmin günü dünyanın bəzi yerlərində " yalançı erməni soyqırımı" qeyd edilərkən, eyni gündə xilaskar türk əsgərlərini yad etmək həm tarix yazmaq, həm də mübarizənin bir növüdür. Qoy bütün dünya, bilərəkdən təhrif olunan həqiqətlərin bizim içimizdə yaşadığının şahidi olsunlar. Ermənilər psixoloji cəhətdən bizim üzərimizdə qələbə qazanmaq istəyirlər. Baxın apardıqları siyasətə, "soyqırım" məsələsi bir neçə dövlət tərəfindən qəbul edilir, hətta son günlərdə Avropa Parlamentinin qəbul etdiyi qətnamədə Türkiyə bunu tanımağa təhrik olunur, barışıq şüarları səsləndirilir. Bu çox təhükəli siyasətdir. Olmayan bir tarixin hər hansı bir dövlət tərəfindən qəbul edilməsi və buna çağırışlar yolverilməzdir. Həm hüquqi, həm də tarixi nöqteyi nəzərdən cinayətdir. Unutmayaq ki, öz tarixlərinə biganə qalmayan millətlər həmişə qalibdir".
Azərbaycan Sosialist Partiyasının sədri Elşən Qaraçuqlu söylədi ki, ümumiyyətlə, bu yöndə tədbirlər keçirilməsini zəruri sayır və alğışlayır: "Mənə belə gəlir ki, bu yöndə tədbirlərin keçirilməsi zəruridir və mütəmadi xarakter daşımalıdır".
Diaspor Jurnalistləri Birliyini sədri Fuad Hüseynzadə dedi ki, bu, hər şeydən əvvəl türk əsgərinə olan bir sayğıdır: "Həmçinin türk əsgərinin gücünün dünyaya göstərilməsidir. Çünki Cankalla savaşında Türkiyə xalqı və onun ordusu bir həmrəylik , güc ortaya qoyub. Türkiyə həmin saman sanki dünya ordusina qarşı döyüşüb və qalib də gəlib. Bu təklif, eyni zamanda, erməni yalanlarına qarşı bir etiraz, antitəbliğatdır. Erməni yanlarının ifşa olunması üçün bu kimi təbliğatın aparılasına ehtiyac var".
İstanbul Azərbaycan Kültür Evinin başqanı Hikmət Elp dedi ki, bu təklifi müsbət dəyərləndirir. Onun sözlərinə görə, bu təklif dəyərləndirilməlidir: "Hesab edirəm ki, anım günü daha geniş şəkildə qeyd olunmalıdır".
Türkiyədə fəaliyyət göstərən tədqiqatçı Zaur Şükürlü "düşünürəm ki, önəmli təklifdir, təqdirəlayiq haldır",- deyə vurğuladı: " Düzdür, Azərbaycanın işğaldan azad olunmasında şəhid olan türk əsgərlərinin xatırlanması istiqamətində indiyə qədər bizdə müəyyən işlər görülüb, ancaq yetərli deyil. Digər tərəfdən Anadolunun düşmən işğalından qurtarılmasında, xüsusilə də Çanaqqala döyüşlərində şəhid olan azərbaycanlılardan isə təəssüf ki, Anadolu insanının xəbəri yoxdur. Bu mövzuda da Türkiyənin daha artıq gecikmədən önəmli işlərə imza atacağını ümid edirik".

Əli