24 aprel, Papanın fitnəsi və Avropanın orta əsrlərə dönüşü... Siyasət

24 aprel, Papanın fitnəsi və Avropanın orta əsrlərə dönüşü...

Bəs Xocalı, bəs "Holokost"...

Məni də, çoxlarını da dərindən düşündürür ki, Artur Evans, Şliman kimi məşhur Qərb arxeoloqları qardaş Türkiyənin torpaqlarının altını üstünə çevirərək neçə min illər tarixi olan möcüzəli KritMinoy mədəniyyətini, əfsanəvi Troyanı, Efesi, ümumən qədim dünyanın yeddi möcüzəsindən üçünün qalıqlarını üzə çıxara bildikləri halda, nədən cəmi yüz illik tarixə şamil edilən uydurma erməni genosidinin əsl mahiyyətini aşkar edən bir alim, bir siyasətçi tapılmır? Özü də saxtakar tarixçilərin qələmlərinin min cür hiylə, fitnəfasad və şirnikləndirmələrlə sıfıra qədər qaşıya-qaşıya zorla yaratdığı "yüz illik saxta bir tarix".... Bəlkə əsl həqiqəti görmək, ya da göstərmək istəmirlər? Qardaş Türkiyənin, bütün türk dünyasının başlanmış intibahına saxta erməni genosidinin dəstəklənməsi ilə zəhər qatanlar görəsən öz vicdanı qarşısında hesabat verə bilirmi? Sualların yüz faiz bəlli cavablarını söyləməzdən əvvəl bir sıra konkret və analitik mülahizələrə müraciət edək. Bundan sonra nəticə çıxarmaq hər kəs üçün çox rahat olacaq.
Hər şeyin azı bir nədəni olduğu üçün türklərin erməniləri soyqırım (?) etməsinin də bir nədəni olmalı idi. Nədən? Çox maraqlıdır ki, bu gün dünyada səlahiyyət sahibi olan bir çox kimsələr ermənilərə qətiyyən sərf etməyən bu sualı nə özlərinə, nə də ermənilərə verir. Yox ki, sual yada düşmür, ona görə ki, türklərin erməniləri kütləvi qırmasını labüd etmiş əsaslı bir arqument tapılmır. Əgər arqument varsa, yüz il əvvəl də olubsa, türklər niyə dünyanın, ən azı keçmiş SSRİ-nin dayandığı zirvədən böyük sürətlə aşağı dığırlandığı vaxtlarda fürsətdən istifadə edərək Ermənistanla nəinki hər hansı irimiqyaslı müharibəyə, heç xırda-xuruş sərhəd toqquşmalarına belə rəvac vermədi? Ermənistan həmin "ara qarışıb məzhəb itdiyi" vaxtlarda Azərbaycana münasibətdə belə addımlara əl atdığı kimi, Türkiyə də Ermənistana eyni üsulları tətbiq edə bilməzdimi? Kreml çalxalanma içində öz hayında idi, Qorbaçov-Yeltsin dartışmasının nə ilə bitəcəyini dəqiq bilən yox idi. Belə bir zamanda Türkiyənin siyasətində erməni qanı içmək xisləti olsaydı bunu edərdi. Ən azı, 90-cı illərdə ermənilərin Naxçıvan kəndlərinə qarşı etdiklərinə cavab olaraq 1921-ci il Qars müqaviləsinin tələbləri əsasında Ermənistanı yerində oturtmaq üçün gərəkli bəzi ad-dımları ata bilərdi. Ancaq atmadı, bununla da qardaş Türk xalqı, müəyyən geosiyasi və beynəlxalq hüquqi normativ maneələrin olması ilə bərabər, heç vaxt erməni qanına susa-madığını, bu yanğının ona xas olmadığını bir daha nümayiş etdirdi. Eyni zamanda bu "əzabkeş" millətin başbilənlərindən soruşan yoxdur ki, 1915-ci ildə həqiqətən də çətin tarixi dönəm yaşayan qardaş Türkiyə hansı motivlə erməni millətinin timsalında özünə düşmən obrazı yaradaraq onların ucdantutma qırğınına başlamalı idi?!
Tarixi faktlar sübut edir ki, qardaş ölkənin zorən cəlb olunduğu Birinci Dünya Müharibəsində məqsədləri qətiyyən və qətiyyən ermənilərlə bağlı deyildi. Əksinə, Birinci Dünya Müharibəsinə fürsət kimi baxan ermənilər özləri idi və onların çirkin məqsədləri məhz Türkiyə ilə bağlı idi. Bu barədə bir qədər sonra...

Tarix yaratmaqda ermənilər kim, Türklər kim...

Azı üç min il dövlətçilik tarixi, onlarla imperiyası olan Türk xalqının tarixini erməni tarixi ilə müqayisə etmək nə qədər çətin, eyni zamanda absurd olsa da, adi bir xatırlatma kimi bunu deməyə məcburuq. Azı üç min illik tarixdəki Türk kökənli dövlət və imperiyaların, bir ucu Çindən başlayıb Romaya qədər yürüş etmiş, Sibiri, Mərkəzi Asiyanı, Yaxın və Orta Şərqi fəth etmiş xalqın yaratdıqlarını bir-bir saymağa ehtiyac yoxdu. Türk xalqlarının bir neçə minillikdə neçə dəfə tarixi dönəmi dəyişdiklərinə dair sanballı tarixçilərin əlində böyük faktlar var. Bu qədər uzun və zəngin dövlətçilik tarixi yaşamış, yaratmış türk xalqı zatı-kökü bilinməyən və 1918-ci ilə qədər heç bir dövlətçilik rüşeymi yaratmamış ermənilərin nəyini qısqana bilər və bilərdi? Ermənilər say baxımından türk xalqlarına rəqib deyillər və olmayıblar, yaratdıqları dövlət qurumlarının sayına və tarixinə görə türklərin rəqibi deyillər və olmayıblar. Türklər dünya tarixini hər dəfə yeniləyən bir-birindən qüdrətli dövlət və imperiyalar yaratdıqca ermənilər yalnız və yalnız ya yaranmaqda olan bu dövlətlərin qılığına girməklə nələrsə əldə etmək, ya da dağılmaqda olan imperiyalardan nəsə qoparmaq kimi kəmfürsət məqsədlər haqqında düşünüblər. Şərqdən Qərbə, Cənubdan Şimala Avrasiya boyu yürüş edən türk sərkərdələrini və yenilməz türk dövlətlərini düşündükcə "erməniçiliyin" bu prosesdə nə qədər kiçik, görünməz və seçilməz bir vintcik olduğunu görməmək mümkün deyil. Qüdrətli tarixi türk axını prosesinin içində başını-gözünü bəzəmək və ona-buna böhtan atmaqla hansısa "erməni dövlətinin" rüşeymini formalaşdırmaq cəhdləri heç zaman bir nəticə verməyib, verə də bilməz. Tarixdəki türk dövlət və imperiyalarının bu günlərimizdəki real Türkiyə, real Azərbaycan qədər mübahisəsiz faktlar olduğuna dünyada heç kim şübhə etmir, ancaq ermənilər eramızdan əvvəl birinci minilliyin əvvəllərində indiki Türkiyənin ərazisində olmuş Urartu dövlətini mənimsəməyə nə qədər cəhd etsələr də, qədim Türkiyənin ??? ərazisində olmuş Mitanni dövlətinin Ani şəhərini özününküləşdirməyə çalışsalar da, çırpıntıları bir yana çıxmır. Çünki tarixi zorlamaq yox, onu çox çətin də olsa yaratmaq lazımdır - Türklər kimi...
Ermənilər özlərinə qədim dövlətçilik tarixi düzəltmək (?) üçün nələrə əl atmırlar? Bir gün eşitsəniz ki, xristianlıq rəsmən parçalanana qədər VII əsrdə Bizans taxtına saray çəkişmələri nəticəsində gəlib çıxmış iki erməni mənşəli hökmdara görə qüdrətli Bizans imperiyasını da erməniləşdirmək cəhdləri var, buna təəccüblənməyin. Qədim Urartunu, Mitanni şahlığını özününküləşdirmək istəyənlər üçün nəinki Bizansa, lap Vatikanın özünə də əl uzatmaq keçərlidir.
Faktlar göstərir ki, dövlətçilik tarixi kontekstində türklər erməniləri özlərinə nə rəqib, nə də düşmən saya bilməz, bilməzdi və buna heç bir əsas yoxdur. Tarixçilər yaxşı bilir ki, əksinə, ən çətin tarixi dönəmlərdə ermənilər özləri üçün ən etibarlı təhlükəsizlik mühitini məhz türk dünyasının qanadları altında tapıblar. Baxın, V əsrdə öz separatçı baxışları ilə xristian dinində ilk parçalamanı ermənilər saldı, xristianlığa monofizitizm cərəyanı gətirdilər, İsa peyğəmbərin bəşəri mahiyyətini inkar edərək onu tək ilahiləşdirmək yolu tutdular. Nəticədə Bizans kilsəsindən qovuldular, bu vaxta qədər Sasani-Bizans müharibələrində Sasanilərin gizli əlaltıları kimi şərəfsiz bir mövqe tuturdularsa, bundan sonra ərəb-Bizans müharibələrində eyni missiyanı ərəblərin xeyrinə daşımağa başladılar. VII əsrin ərəb-müsəlman istilaları dövründə ermənilərə və onların dininə çox yumşaq və "yolaverici" münasibətin kökü də elə bunda idi. Dini bölücülük üzündən Bizansda bir neçə yüz il arzuolunmaz dini cərəyan daşıyıcıları kimi yumşaq təqiblər altında yaşayan ermənilər yalnız bundan sonra azad nəfəs aldılar.
XI əsrdə xristianlıq rəsmən katolik və pravoslavlara bölünəndən az sonra Kiçik Asiyada, bu gün ermənilərin ən çox iddia etdikləri ərazilərdə türklərin qüdrətli Səlcuq dövləti yarandı. Qan-millət düşmənçiliyi var idisə, türklər o zaman onsuz da əli Bizansdan üzülmüş ermənilərin axırına niyə çıxmadı? Halbuki, həmin dönəmlərdə Şərqə ayaq açmış yırtıcı səlib yürüşçülərinin xeyrinə bir neçə dəfə tarixi satqınlığa yol verən erməni sərkərdələri buna əsas da yaratmışdılar. Ancaq istər səlcuqlar, istərsə də başqa türk xalqları "səlibçi xəyanətinə" görə bircə nəfər sadə ermənidən belə hesab sormadılar.
Osmanlı türkləri İstanbulu tutandan sonra isə o ana qədər müxtəlif səviyyələrdə təhlükələrə məruz qalanların hamısı, hətta yəhudilər 1500-2000 illik təqibdən sonra Osmanlı İm-periyasının humanizminə sığındılar, ermənilər də bu sırada idilər. Türklərin erməniləri soyqırım etməyə ehtiyacları və niyyətləri var idisə, niyə bunu qüdrətli bir imperiya yaratdıqları XV, XVI, XVII, XVIII əsrlərdə etmədilər? Onda ki, türklərdən hesab sora biləcək bircə dünya dövləti belə yox idi. Əksinə, Türklər tarixin gedişini, Avrasiyanın geosiyasətini dəyişmiş, böyük coğrafi kəşfləri şərtləndirmək səviyyəsində yenilməz qüdrət sahibi idilər. İmperiyanın hüdudlarında yaşayan erməniləri son nəfərinə qədər təmizləməkdə türklərə kim, nə mane ola bilərdi? Osmanlı İmperiyasının əlinin üstündə bir yeganə əl var idi-Türkün humanizmi, dözümlülüyü, öz vicdanına tabeçiliyi... 4 əsr boyu hansısa bir millətin axırına çıxmaq fürsətinə göz yummuş, əksinə, bütün millətlərin mədəni kimliyinə və dövlət idarəçiliyində iştirakına yol açmış Osmanlı Türkləri nədən birdən-birə 1915-ci ildə dönüb ermənilərə düşmən oldular və kütləvi qətliam törətdilər? Normal və soyuq məntiqlə düşünən baş sahibləri buna inanarmı? Tarixi həqiqət başqadır.
Sadəcə zəifləmiş, taqətdən düşmüş bir imperiyanın çöküşünü sürətləndirmək, onun dağılmasından özünə pay tutmaq kimi düşmən xislət böyük bir od-alova çevrilərək erməniləri yandırdı. Bu od-alovun içində başqa millətlərdən, elə türkün özündən də minlərlə insan yanıb məhv oldu. 1915-ci il hadisələrinin əsl mahiyyəti bax, budur. Bu od-alovun təndir-kösövünü hazırlamaq işləri XIX əsrin 70-80-ci illərindən başlanmışdı. Osmanlı imperiyası ilə öz mənafeləri naminə silsilə müharibələr aparmış Çar Rusiyası 1878-ci il San-Stefa-no sülh müqaviləsinə xristian-ermənilərlə bağlı qızışdırıcı maddə saldıranda bir erməni fərqinə varmaq istəmədi ki, onları 350 il himayə gördükləri imperiyanın qəsdinə qaldır-maq istəyənlər hansı məqsədi güdür. Əksinə, oyunlara uydular, "dənizdən dənizə dövlət" xülyaları onları məst etdi, bir az daha irəli getdilər, Türkü çökdürmək yolu ilə özlərinə tarixdə heç vaxt olmamış dövlət yaratmaq xatirinə siyasi partiyalar, silah anbarları yaratma-ğa başladılar. Bir soruşan yoxdur ki, ermənilər özlərinin ilk siyasi partiyaları olan "Qnçak"ı, "Daşnaksütyun"u niyə Türkiyənin içində yox, Tiflisdə, İsveçrədə yaratmışdılar? Çünki qardaş Türkiyənin içinə misilsiz canlar yandıran od-alov daşımaq niyyətində idilər, Türkə arxadan zərbə vurmaq idi məqsədləri. Genosiddən dəm vuran ermənilər bir suala da cavab verməlidir: kilsə nə vaxtdan silah-sursat toplamaq yeri olub? Osmanlı dövlətinin hələ dimdik yerində durduğu bir vaxtda ermənilərin kilsəyə silah toplamasına xoşniyyətli əməl demək olarmı? Tarixi faktdır ki, ermənilərin daxildə vətəndaş müharibəsinə başlamaq üçün ilk hazırlıqları hələ XIX əsrin 90-cı illərindən başlamışdı. Osmanlı polisinin 1890-cı ildə Van vilayətindəki bir kilsədə apardığı axtarışlar nəticəsində aşkarlanmış çoxsaylı silah partiyası bu qəbildən olan faktlardan yalnız biridir. Ölkəni ciddi-cəhdlə vətəndaş müharibəsinə hazırlayan, başqa millətdən olanları öldürməyi planlamış bir xalq özünün də çoxsaylı itkilər verə biləcəyini əvvəlcədən bilməli idi. Əlində silah vətəndaş müharibəsinə qalxmış, ölkəni parçalamaq istəyən, xarici oyunlara alət olmuş qanunsuz silahlı dəstələri məhv etmək nə vaxtdan genosid sayılıb? Bütün bunlar ermənilərin illərdən bəri Türkiyənin başında gizli-gizli toxuduğu, nəhayət Birinci Dünya Müharibəsini fürsət bilərək "cin kimi şüşədən buraxdıqları" antibəşəri, cinayətkar, qanlı planların təzahürləri idi. Əslində Osmanlı başbilənləri bu əməllərə görə də ermənilərdən qisas almadılar, sadəcə erməniləri ölkəyə düşmən sayılan xarici qüvvələrin ələ keçirə biləcəyi sərhədyanı bölgələrdən daha iç regionlara köçürdülər ki, daxili və xarici düşmənlər birləşə bilməsinlər. 1915-ci ilin aprel hadisələrinin əsl mahiyyətinin daha bir ifadə forması budur. Əksini iddia edənlər məşhur "Malta istintaqının" materiallarını öyrənsinlər. Hansında ki, ingilislərin guya "erməni genosidinə" görə müqəssir bildikləri 144 nəfər gənc türk hökumət rəsmisini Malta adasında düz üç il istintaq etdilər və əməllərində erməni soyqırı-mını isbatlayan bir dəlil belə tapa bilmədikləri üçün hamısına bəraət verdilər.
İnanmayanlar Türkiyənin təşəbbüs göstərdiyi birgə tarix komissiyasından ermənilərin niyə imtina etdiyini, ya da ermənilərin arxiv açılışından boyun qaçırmasının səbəblərini araşdırsınlar, yüz ildir genosid əlaməti kimi kütləvi məzarlıqlar axtaran ermənilərin rüsvayçı uğursuzluğuna diqqət yetirsinlər. Bunlar erməni toruna düşmüş kimi görünən Roma Papasının özü üçün də faydalı olardı. Milyonların qanı bahasına xristianlığın birliyini, gücünü qorumağa çalışan papaların məqsədli unutqanlığına cavab olaraq deyək ki, xristianlığı tarixdə ilk dəfə məhz və məhz erməni separatizmi parçalayıb. Bu fakt olmasaydı, bəlkə də indiyə qədər xristianlıq katolik, pravoslav, protestant bölgüləri olmayan bütov din halını saxlamış ola bilərdi?! Xristianlıq tarixinə ilk rüsvayçı zərbəni ermənilərin vurması-na rəğmən, "Türkiyə-Ermənistan sərhədlərinin açılmasını" tövsiyə etmək Papanın ya unutqanlığı, ya ruhi antitürk düşmənçiliyinin əlaməti, ya da xristianlıq dəyərlərinə bivec yanaşmasının göstəricisidir və hər halda, "Müqəddəs ataya" yaraşan iş deyil...
Təəssüf ki, Roma Papası bütün Türk dünyası haqqında həqiqətə uyuşmayan ədalətsiz çıxışlarını davam etdirdi. Əslində papalıq tarixinə yaxından bələd olanlar indiki Papanın 500-1000 il əvvəlki sələflərindən heç nə ilə fərqlənmədiyinə, fərqlənə bilmədiyinə təəccüblənməz. Bu həmin papalardı ki, təkcə müqəddəs Quranın Avropa dillərində tərcümə olunduğu XI əsrdə islamı böyük təhlükə kimi görərək xaçlıların ilk səlib yürüşünə rəvac vermişdilər. O zaman papalar bütün Avropanı, qızıl-gümüş eşqilə alışıb-yanan Avropa rıtsarlarının başını "Qüdsü kafirlərdən təmizləyək" kimi aldadıcı fikirlə tovladılar. Əslində isə özləri Şərqdə böyük var-dövlət ələ keçirmək istəyən hərislər olmaqla, həm də xristian dininin keçirdiyi dərin ideoloji-xarizmatik böhranı başqa istiqamətlərə yönəltmək istəyirdilər. Tək bir səlib yürüşündə yola çıxardıqları üç yüz min rıtsarın cəmi 30 mini illər sonra Avropaya qayıda bildi. Bu həmin papalıq tarixidir ki, XII əsrin sonunda Səlahəddin Əyyubinin müsəlmanlar dövləti son səlibçiləri Qüdsdən qovub çıxarandan sonra buna dözməyən papanın ürəyi partlamışdı. Onlarla, yüzlərlə belə məlum faktdan sonra müasir Papanın əsl din xadiminə yaraşmayan bir formada erməni soyqırımı ifadəsini dilinə gətirməsi haqdan-ədalətdən dönmək deyilsə, bəs nədir? Papa Frensisin "bir çoxlarının soyqırım kimi tanıdığı hadisələr ermənilərin başına gəlib" deməsi nə diplomatiyadır, nə də ədalət, bu sadəcə heç bir əsası olmayan antitürk-islam düşmənçiliyi və ermənipərəstlikdir. Maraqlıdır ki, "XX əsrdə bəşəriyyət üç soyqırım yaşayıb" deyərək moizəsinə başlayan Papa, nədənsə, bu gün bütün dünyanın genosid kimi tanıdığı məşhur "Holokost"un adını çəkmir. Demə, Papanın qısqanclığı da var imiş və nəyin bahasına olursa olsun, vurğunu olduğu ermənilərin uydurma soyqırım iddialarına yəhudilərin timsalında şərik qoşmağa həvəsli deyilmiş. Yəqin istəyib ki, ermənilər ya guya genosidə məruz qalmış tək millət kimi, ya da ən öndə görünsünlər. Papanın "Holokost"a - yəhudi soyqırımına qısqanc yanaşmasının başqa tarixi səbəbi də var. Papa necə desin ki, tarixdə yəhudilərə qarşı ilk soyqı-rım və təqib siyasəti aparanlardan biri assuriyalılardan, babillərdən və selevkilərdən sonra məhz romalılar olub?! O romalılar ki, hətta yəhudi dininin də kökünü kəsmək istəyirdilər, İudeyanın adını dəyişib Filistin (müasir Fələstin), Yerusəlimin adını dəyişib Ayla Kapito-
lina qoymuşdular. Papa üçün xoş olmayan faktdır ki, bütün bunlara qarşı yəhudi xalqı neçə il məşhur "Barkoxba" üsyanı sürdürmüşdü...
İndi bildinizmi ki, Azərbaycan xalqının məruz qaldığı erməni təcavüzünü, Qarabağ faciəsini dilinə gətirmək istəməyən Papanın iç dünyasında nələr var imiş? Onun obyektiv ola bilməməsinin kökü də elə burada axtarılmalıdır...
20 ildir Ermənistanın Azərbaycana davam edən təcavüzündən, Xocalı kimi bir şəhərin zülmlə yer üzündən silinməsindən, dinc əhalinin kütləvi qətliamından bir kəlmə də danışmayan Papa həzrətləri, maraqlıdır ki, niyə uydurma erməni genosidinə bu qədər məhrəmanə şəkildə himayədarlıq edir. Biz onun sonuncu genosid bəyanatına görə erməni lobbisinə 25 milyarda satıldığı barədə informasiyanı bir kənara tullamırıq. Ancaq onu da istisna etmirik ki, Papa dünya tarixində guya ilk genosid aktı kimi XX əsrin əvvəllərinə aid edilən erməni genosidini gündəmə pərçimləməklə xristianlığın öz tarixindəki, məhz papaların özlərinin əli ilə törədilmiş qanlı cinayət və kütləvi qətliamları nəzərlərdən yayındırmaq istəyir. Ancaq yox, mümkün deyil. Frensis kimi yüzlərlə papa, kardinal yığışsa da, XVI əsrdə Parisdə gecə ilə minlərlə hugenotun (protestant xristian) başının kəsildiyi, özü də bunun İsa peyğəmbərin işgəncə ilə öldürülmüş həvarilərindən birinin adı ilə adlandırılmış dəhşətli Varfolomey gecəsini tarixdən kimsə silə bilməz. Dini baxışlarına görə insanları kütləvi qırmaq genosid deyilmi? Papa Frensis deyə bilərmi ki, XIII əsrdə onun kimi papalardan birinin fitvası ilə Bizansa qarşı həyata keçirilmiş dördüncü səlib yürüşünün silahlıları ələ keçirdikləri Konstantinopolu külünə qədər necə və niyə yandırdılar, neçə min insanın, özü də özlərinin xristian qardaşlarının başını kəsdilər? Səbəb də o idi ki, bizanslılar Roma Papası kimi düşünmürdülər. Genosid başqa cür necə ola bilərdi? Bəlkə "cənab Papa" öz sələfi olan papaların XIV əsrin ilk illərində bellərinə özləri ağırlığında qılınc bağlayaraq islamın üzərinə guya din davasına, əslində isə kilsə xadimlərinin "qarnını otarmaq" üçün Şərqin qızıl-gümüşü dalınca göndərdikləri 10-16 yaşlı on minlərlə günahsız, zavallı avropalı uşağın faciəsinin insanlıq əleyhinə cinayət olmadığını sübut edəydi?..
Yenə "cəhənnəm", Papa açıq mövqe sərgilədi və bizlər bildik ki, dünənki keşiş Frensisin Türk dünyasına qarşı düşmən münasibəti o Papa olandan sonra da dəyişməyib. Ancaq 24 aprelə planlaşdırılmış saxta yüzillik yaxınlaşdıqca, Papadan fərqli olaraq, ikibaşlı genosid oyunu oynayanlar da meydana çıxır. Bunlar isə daha təhlükəlidir, çünki Papa Türk dünyasına zərbəni bu gün vurur, onlar isə illər sonra zərbə vurmaq üçün əlverişli mövqeyə keçən ehtiyat hücumçulardır. Konkretləşdirək. ABŞ-ın Ermənistandakı səfiri və BMT-nin Baş katibi uydurma genosidə göstərdikləri yanaşmalarla Papanın yaydığı ziyanlı xəstəlik viruslarının təsir dairəsində olduqlarını göstərdilər. ABŞ səfiri Riçard Mayls deyib ki, ABŞ Ermənisanla birlikdə Osmanlının son illərində 1,5 milyon erməninin qurban getmə-sindən kədərlənir. Eyni bəyanatı ABŞ Dövlət Departamentinin sözçüsü Mari Harf da deyib, bildirib ki:" Osmanlı İmperiyasının son dövrlərində 1,5 milyon erməninin öldürüldü-yünü və ya ölümə göndərildiyini tarixi gerçək olaraq qəbul edirik". Xüsusi nümayəndənin BMT Baş katibi Ban Ki Munun adından verdiyi bəyanat da ikibaşlı olmaqla ermənilərin mənafeyinə tam uyğunluğu ilə seçilir:"Ban Ki Mun Osmanlı İmperiyasında ermənilərin sıxışdırılmasını dəhşətli cinayət sayır". Diqqətlə fikir verin, söhbət bir neçə nəfər yox, 1,5 milyon ermənidən getdiyi kimi dünya ictimai fikrinə oturdulur. Demək, bu gün də olmasa, sabah ABŞ-ın müəyyən strukturları hadisəyə "genosid" adı qoyacaq və buna zəmin bu gün məqsədli şəkildə hazırlanır. Əks halda bu "1,5 milyon erməni" rəqəmi niyə xüsusi olaraq qabardılır? İndi məsələnin o biri tərəfinə baxaq ki, bu 1,5 milyon rəqəmi ABŞ dip-lomatlarının başına necə və nə zaman yeridilib? 1915-ci ildə Osmanlı İmperiyasında 1,5
milyon erməni necə yaşaya bilərdi? Əgər bu qədər erməni öldürüldüsə, sağ qalanlar heç olmasa bir milyona yaxın olmalı idi. Belədə həmin dövrdə Osmanlıda 2,5 milyon erməni-nin yaşadığını iddia etmək absurddur. Hətta dünyanın bütün dəlmə-deşiklərindən erməniləri sovet Ermənistanına toplamağa çalışan SSRİ rəhbərliyi ermənilərin sayını 3 milyona çatdıra bilmədisə, Osmanlı dövlətində 2,5 milyon erməninin yaşaması nə qədər real mülahizədir? Ötən yüz ildə ermənilər Türkiyə Cumhuriyyətində hər cür təminat altına alındıqları, ağ günə çıxdıqları, hətta dövlət vəzifələri aldıqları halda sayları niyə bu həddə çatmayıb? Deməli, Osmanlı dövründə nəinki 1,5 milyon erməninin öldürüldüyü, hətta bu qədər erməninin mövcudluğu ağ yalandır. Söz yox ki, bu cür ikibaşlı bəyanat verənlər bununla sabah soyqırım ifadəsini açıq mətnlə işlətmək üçün sadəcə zəmin hazırlayırlar.

Atatürk demişdi, Heydər Əliyev dedi, İlham Əliyev tamamladı...

Faktdır ki, bir vaxtlar saxta genosidi əsaslandırmaq üçün "yerin-göyün dərin qatlarından" tapıb quraşdırdıqları uydurma faktları dünya siyasətçilərinin və alimlərinin başına nisbətən asanlıqla yerləşdirə bilən ermənilər son iyirmi ildə möhkəm çətinliyə düşüblər. Dün-yanı azdırmaq taktikası daşa dirənib. Çünki düz bir əsrdən çox müddətdə öz ifrat yalanlarının heyrətləndirmə gücü ilə çox başları tovladıqları dövrdə qarşılarında tək Türkiyə Cumhuriyyəti var idi. Qalan Türkdilli toplumlar "qırmızı sovet sisteminin" içində səsiçıx-maz bir duruma salındıqları üçün rəhmətlik Atatürk tənhalıqdan doğan Türk yenilməzliyinin ən sərrast ifadəsini milyonlarla Türk gəncinin başına, ruhuna, mənəviyyatına, düşüncəsinə oturda bildi - "Türkün türkdən başqa dostu yoxdur". Bax bu şuar qardaş ölkəni cahan savaşlarından, solçu qüvvələrin ölkə boyu yaydığı saxta bərabərlik xülyalarının zəhərindən, PKK terrorunun qanlı səhnələrindən keçirərək bugünkü qüdrətli duruma gətirə bildi. Həm də indi Türkiyə bütün cahan boyu hətta ən mənəviyyatsız və ən cinayətkar üsullarla işləyən "erməni maşını" ilə mübarizədə tək deyil. Onun Azərbaycan kimi qardaşı və müttəfiqi artıq meydana atılıb. Böyük Atatürkün zamanında və daha sonralar dünyanı heyrətə salmış nəticələri olan "türkün türkdən başqa dostu yoxdur" şüarı da tək qalma-dı. Heydər Əliyevin "bir millət - iki dövlət" tezisi Atatürkün ideologiyasını "quşun ikinci qanadı" kimi tamamladı. Bundan sonra da proses yerində durmadı. İlham Əliyevin "bir millətin iki diasporu olmaz" bəyanatı, mübaliğəsiz desək, "hər iki qanadı sazlanmış quşun reaktiv güc mənbəyinə" çevrildi.
Razılaşaq ki, Türkiyənin tək qaldığı dönəmlərdə saxta genosid sayıqlamalarını sağa-sola rahatlıqla fırladan ermənilər İlham Əliyevin "Türkiyənin nümayəndəsi burada yoxdu, ancaq mən burdayam" kimi vüqarlı və qardaşlıq borcuna sadiq bəyanatından sonra özlərini daha əvvəlki kimi rahat və "xəsilə düşmüş toy toğlusu" kimi hiss edə bilməzlər.
Bu gün artıq uydurma erməni genosidini tanıyan dünya parlamentlərinin sayının artım sürəti xeyli yavaşıyıb, əksinə, Xocalını tanıyan parlamentlərin sayı sürətlə artmaqdadır. Erməni lobbisinin rüsvayçı təsir dairəsinə düşmüş bəzi dünya prezidentləri, dövlət xadimləri əvvəllər uydurma genosid olayları barədə mülahizələri öz seçki platformalarına daha saymazyana və məsuliyyətsiz şəkildə daxil edirdilər. İndi onlar da dəyişib, daha ehtiyatlı ifadələr seçməyə çalışır, "erməni genosidi" sözünü işlətməkdən çəkinir, daha yumşaq ifadə ilə prosesi sadəcə yola verirlər. Obama da, Sarkozidə belə oldu, sonrakılar da belə olacaq. Çünki qarşılarında dünyanın artıq iqtisadi güc və enerji oyunçularına çevrilmiş Azərbaycanı və Türkiyəni görürlər, görməyə məcburdurlar, başqalarından fərqli olaraq, demokratiya oyunu ilə bu ölkələri içəridən qarışdıra bilmirlər.

Pul erməni lobbisindən, fitnə Papadan gəldi

Azərbaycanla Türkiyənin qardaşlığı gücləndikcə Qərbin bir sıra dairələrinin uydurma erməni genosidini bir cəza çubuğu kimi əldə saxlamaq taktikası yavaş-yavaş zəifləyəcək, 1915-ci il barədə danışanda "faciəli hadisələr", "insanlığın fəlakəti" kimi ifadələrdən o yana keçə bilməyəcəklər. İndi XI - XII əsrlər deyil ki, Roma papalarının, gözəl Filipp, Aslan ürəkli Riçard, Barbarossanın birgə hökmlərilə səlibçi qoşun düzəldərək kiçik Asiyanın, Anadolunun bu başından girib o başından çıxsınlar. Həmin dövrlərin qaniçən sə-libçi dövlətləri kimi Anadolunun Türk-oğuz-səlcuq tayfalarının "gününü göy əskiyə bükə" də bilməzlər. Keçdi o dövranlar...
Əslində müasir Türkiyənin dövlət siyasətinin özü də bəyan edir, gizlətmir ki, 1915-ci ildə həqiqətən bəşəriyyətin, Osmanlı təbəələrinin dəhşətli insanlıq faciəsi yaşanıb - hansısa millətin yox, məhz Osmanlı təbəələrinin faciəsi... Önldürülən, şikəst, talan edilən minlərlə Osmanlı təbəəsinin içində isə türk də, kürd də, yəhudi də, laz da, erməni də var idi. Bəlli dünya dövlətlərinin Türkiyənin içində hərəkətə gətirdiyi "qaniçən maşın" tək ermənilərə qarşı çevrilməmişdi, milli mənsubiyyətə görə heç bir fərq qoymadan qarşısında olan hər kəsi biçib keçirdi. Bu məlum tarixi həqiqətlərin qarşısında necə demək olar ki, hədəf kimi tək və yalnız ermənilər seçilmişdi? Qarşısındakını milli kimliyinə görə hədəf seçmək isə türkə deyil, erməniyə xas xislətdir. Dünya boyu "Türk diplomatı ovu"nun onlarla qurbanı hələ də yaddaşlardadı. Türklər bu ifrat millətçi terrorların birinə də analoji üsulla cavab vermədilər. Eyni vaxtda bir türk diplomatı ermənilər tərəfindən qətlə yetirilir, hansısa ölkənin parlamenti, ya da parlament komitəsi uydurma genosidi tanıyan qərar verirdi. Tarix göstərdi ki, bu ədalətsiz və ikili standart siyasətin ziyanı təkcə biz Türk dünyasına dəymir, bəlkə də ən az ziyanı biz çəkirdik. Hər ədalətsizlik aktı ilə Qərbin maskası yırtıldıqca bir ovuc erməninin yalan iddialarına girov düşməyin "ləzzətini özləri də dadırdılar". Yenə daddılar. Avropa Parlamentinin "Papa fitnəsinə" uymuş bir yığın deputatı rüşvət, bəxşiş, hədiyyə müqabilində qərar çıxardılar. Pul erməni lobbisindən, fitnə Papadan gəldi. Bu deputatlar mənbəyi çirkli pullardan və orta əsrlərdəki kimi Roma Papasından asılı olduqlarını bir daha göstərdilər. Əslində özlərini rüsvay etdilər.
Bu gün İrəvandakı saxta genosid abidəsinin önündə enən başlar Qərbdəki ədalətsizliyin, şərəf və ləyaqətin itirilməsinin nümayişindən başqa bir şey deyil. Çünki ədalətli olsaydı, o başların sahibləri yalançı abidənin önünə getməz, şərəfi olsaydı, o başlar əyilməzdi...
Nə yaxşı ki, Azərbaycan və Türkiyənin birgə qardaşlıq səyləri ilə dünya ictimai fikrində 24 aprel tarixinin doğurduğu assosiasiyanın vahidliyi itib, təsəvvür ikiləşib. Əvvəllər 24 aprel deyəndə, ümumiyyətlə mətləbdən xəbərsizlər istisna olmaqla, yerdə qalanların başına, istər-istəməz, ermənilərlə bağlı hansısa suallar gəlirdi. Ancaq 24 aprelin uydurma erməni soyqırımına işarə olduğuna şübhə edənlər, onu inkar edənlər indi dünya miqyasında kifayət qədərdir. Üstəlik, Azərbacan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın düşündükləri gerçək yüzillik təqdimatları 24 aprelin yalnız erməni məzmunlu assosiasiya doğurmasına kəskin zərbə oldu. Həmin tarixdə Çanaqqalada 200 min türk-azəri əsgərinin şəhidliyi bahasına əldə olunmuş tarixi qələbənin əsl dolğun, məzmunlu yüzilliyi qeyd olunacaq.
Beləliklə, 2015-ci ilin 24 apreli dünya tarixində iki fərqli məzmunlu "yüzillik ideologi-ya"nın mübarizə tarixinin başlanğıcı ola bilər - əsl Çanaqqala, ya uydurma erməni soyqırımı...
Yeni tarix başlayır...

Aydın Quliyev
"Bakı-Xəbər" qəzetinin baş redaktoru