XX əsrin 20-30-cu illərində də ermənilər Azərbaycan torpaqlarına köçürülüblər Layihə

XX əsrin 20-30-cu illərində də ermənilər Azərbaycan torpaqlarına köçürülüblər

Azərbaycanın tarixi torpaqlarını qəsb etmək uğrunda ermənilərin mübarizəsi yaxın tarixdən başlanmayıb. Faktlar göstərir ki, onlar bu mənfur məqsədlərinə yetmək üçün yüzillərlə hazırlaşıblar, insanlığa qətiyyən uyğun olmayan, hər cür murdar üsullardan istifadə ediblər. Bu yazıda ermənilərin ötən yüzilin əvvəllərində Azərbaycan torpaqlarına yerləşdirilməsindən danışılır. Prof. M.Qasımlının araşdırmasında bildirilir ki, çarizmin apardığı işğalçı müharibələr nəticəsində XIX əsrin 20-30-cu illərindən etibarən Cənubi Qafqaza kö¬çü¬¬rülərək yerləşdirilmiş ermənilər bir müddət sonra silahlı dəstələrini yaradaraq azər¬bay¬can¬lı¬la¬rı təh¬did etməyə, böhranlı anlarda onlara qarşı kütləvi qırğınları həyata keçirməyə başladılar. 1918-ci ildə Cənubi Qafqazda heç bir zaman olmayan Ermənistan adlı bir dövlət elan edildi. Azərbaycanlılara qarşı terror və soyqırım Er¬mə¬nis¬tanda dövlət siyasəti sə¬viy¬yə¬sinə qal¬dı¬rıl¬¬dı. 1920-ci ildə Azərbaycan və Ermənistan bolşevik Rusiyası tərəfin¬dən işğal edi¬lib sovet¬ləş¬di¬¬rildikdən sonra da ermənilərin azər¬bay¬canlılara məxsus tor¬paq¬lara yerləş¬di¬ril¬məsi, onların sıxışdırılması, Azərbaycan ərazi¬lə¬ri¬nin Er¬mə¬nis¬ta¬na verilməsi siyasəti davam etdirildi.
1920-ci il avqustun 5-də hazırlanmış arayışda Azərbaycanın Ermənistan ilə mübahisəsiz ərazisi belə göstərilirdi: sərhəd Qazax və Borçalı qəzalarının köhnə inzibati sərhədlərindən baş¬la¬yır, sonra Qazaxdan, Aleksandropoldan (Gümrü) və Yeni Bəyazitdən Maralıca dağlarına qədər, oradan birbaşa Göyçə gölünə enir, təxminən 11/2 verst şimala Çubuqlu kəndindən sonra Göyçə gölünü ikiyə bölür, onun cənub sahili ilə qərb istiqamətinə gedir, Göycə gölünün cənub sər¬həd¬dində sərhəd Zağalı və Gödək Bulaq kəndləri arasından başlayır, sonra Yarnızlı, Qızıl Vəng və Yuxarı Alçalı kəndlərinin yuxarısından Göyçə gölünün cənub sahillərinin dağlıq ra¬yon¬la¬rından – Qızıl Harava (təxminən 1859) və Ağmahan yüksəkliklərindən keçir, qərbdə İrəvan və Yeni Bə¬ya¬zit qəzalarının sərhədlərindən Kiçik Ağdağa doğru gedir, müsəlmanların (azər¬bay¬can¬lıların) yaşadığı dağlıq rayonları ermənilərin məskunlaşdığı kəndlərdən ayırır. Sonra sərhəd Kiçik Ağdağ dağlarından şimal-qərbə Toğmahan gölü istiqamətində Təzəkənd kəndinə doğru gedir, oradan Gərni çayı ilə Yuxarı Ağbaş kəndinə çatır və onun qarşısından şimala doğru 3620 yük¬səkliyə qalxır, oradan cənub-qərbə Uluxanlıya gedir, Uluxanlı kəndi və Uluxanlı dəmiryolu stan¬siyasının arasından keçərək Araz çayına qədər uzanır və şimalda Rəncbər kəndinə çatır, Rənc¬bər kəndindən Araz çayınadək sərhəd birbaşa qərbə, Sürməli qəzası ilə Eçmiadzin və Kars vila¬yətlərinin keçmiş inzibati sərhədləri ilə qovuşur və Təndürək dağlarına, keçmiş rus-türk sərhədinə doğru gedir: "Ermənistan sovetləşdirildikdən sonra da mərkəzi bolşevik hakimiyyə¬ti çarizm dövründəki siyasəti davam etdirməyə, Azərbaycana məxsus tarixi əraziləri Ermənistana verməyə başladı. Bununla əlaqədar olaraq Azərbaycan SSR xalq ədliyyə komissarı Behbud Şahtaxtinski Rusiya Kommunist (bolşevik) Partiyası Mər¬kə¬zi Ko¬mi¬tə¬sinə (RK (b) P MK) yazırdı ki, Zəngəzurda 123 min 95 nəfər azərbaycanlının, 99 min 257 nəfər erməninin yaşamasına baxma¬ya¬raq, 1920-ci il noyabrın 30-da Zəngəzur qəzasının qərb hissəsi Ermənistana verilmişdi. Bununla da Azər¬bay¬ca¬nın Naxçıvan bölgəsi ilə, Türkiyənin isə türk dünyası ilə quru əlaqəsi kəsildi".
Sovet Ermənistanında yaşayan azərbaycanlılara qarşı yürüdülən siyasət Daşnaksütyunun ha¬¬kimiyyəti illərindəkindən o qədər də fərqlənmirdi. Sayca Azərbaycandakı ermənilərdən çox ol¬ma¬larına baxmayaraq, Ermənistanda tarixi ərazilərində yaşayan azərbaycanlılara mux¬ta¬riy¬yət veril¬mədi: "Azərbaycanda isə ermənilər üçün muxtariyyət yaradıldı. Belə ki, RK (b) P MK Qafqaz bürosu plenumunun 1921-ci iyulun 5-də keçirilən iclasında Dağlıq Qarabağ məsələsi müzakirə edildi. Azər¬baycanlılarla ermənilər arasında milli sülhün zəruriliyi, Yuxarı və Aran Qarabağın Azər¬bay¬can ilə iqtisadi əlaqəsi, daimi əlaqəsi nəzərə alaraq Dağlıq Qarabağ Azər¬baycanın tər¬ki¬bin¬də saxlanıldı. Azərbaycan SSR 1922-ci ildə ZSFSR-ə qəbul olunanadək Yeni Bəyazid qə¬za¬sı¬nın Basarkeçər bölgəsi Rusiya imperiyasının müəy¬yənləşdirdiyi sərhədlərində və Şərur-Də¬rə¬lə¬yəz qəzasının üçdə iki hissəsi artıq Ermənistana verilmişdi. ZSFSR-ə qəbul edil¬dik¬dən sonra isə Qazax qəzasının bir hissəsi, Cəbrayıl qəzasının və Naxçıvan Muxtar Sovet So¬si¬a¬list Respublikasının bəzi kənd¬¬ləri Ermənistanın tərkibinə qatıldı. Beləliklə, 1918-1920-ci il¬lər¬də Azərbaycanın 113895,97 kv.km ərazisindən sovet dövründə yalnız 86,6 min kv.km qaldı.
Ermənistan Azərbaycan ərazilərinə yiyələnməklə yanaşı tarixi torpaqlarında yaşayan azər¬¬baycanlıların qovulmasını da davam etdirirdi. Ermənistan hökuməti əvvəlki illərdə tarixi torpaq¬la¬rın¬dan qovulan azərbaycanlıların daimi yaşayış yerləri¬nə qa¬yıt¬m¬a¬la¬rı¬na torpaq çatışmazlığı bə¬ha¬nə¬si ilə qəti şəkildə etiraz edirdi. Belə ki, ZSFSR İttifaq Şurası yanında Qaçqınlar Daimi Ko¬mis¬si¬ya¬sının üzvü İsaakyan Zaqafqaziya Diyar Partiya Komitəsinin Rəyasət He¬yə¬tinə geri qayıtmaq istəyən azərbaycanlı qaçqınları yerləşdirmək üçün Ermənistanda bir qarış da torpaq olmadığını yazaraq qeyd edirdi ki, azərbaycanlı qaçqınların Zəngəzur qəzasına qay¬ta¬rıl¬ması böh¬ranlı vəziy¬yət yaradar, buna görə də məsələni Azərbaycanın sərbəst torpaq fondu he¬sabına həll etmək olar. Zəngəzurdan qovulmuş azərbaycanlı qaçqınların Azərbaycan SSR-in Qubadlı ra¬yonundan geri qaytarılaraq daimi yaşayış yerlərinə yerləş¬di¬ril¬mə¬sinə yerli ha¬kimiyyət or¬qan¬larının mane olmasına dair məsələ hətta ZSFSR İt¬ti¬faq Şurası yanında Qaç¬qın¬lar Komis¬si¬ya¬sının 1922-ci il iyunun 12-də (protokol № 17) və iyulun 9-da ke¬çi¬rilən iclaslarında (protokol № 18) müzakirə edildi. Qəbul edilən qərarda deyilirdi: "Ermə¬nis¬tan SSR-də sərbəst torpaq fondu ol¬ma¬dı¬ğı üçün Ermənistan SSR-dən olan və hazırda Azər¬bay¬can SSR Naxçıvan di¬ya¬rı ərazisində olan 28 min nəfər müsəlman (azər¬bay¬can¬lı – M.Q.) qaçqını yerləşdirmək Azər¬bay¬¬can SSR hö¬ku¬mə¬tinə tövsiyə olunsun". Beləliklə, Zəngəzurdan qovul¬muş və tarixi tor¬paq¬la¬rı¬na qayıda bil¬mə¬yən azərbaycanlıları Azərbaycan hökuməti respublika əra¬zi¬sin¬də yerləşdirdi.
Ermənilərin azərbaycanlı torpaqlarında məskunlaşdırılması və Azərbay¬can ərazilərinin Ermənistana verilməsini SSRİ yaradıldıqdan sonra da davam etdirildi. Ermənilərin Cənubi Qafqaza gətirilərək məskunlaşdırılmasında bir mər¬hələni Lozan kon¬fran¬¬sından sonrakı dövr təşkil etdi. Konfransda iştirak edən RSFSR xalq xarici işlər komissarı Georgi Çiçerin 1923-cı ilin yanvarında Beynəlxalq Erməni Cəmiyyətinə gön¬dər¬diyi məktubda erməniləri sovet hökumətinin qəbul etməyə hazır olduğunu bildirdi. Ru¬si¬ya, Ukrayna və Gür¬cüstan nümayəndə heyətləri məsələyə dair Lozan konfransının sədrinə ver¬bal nota göndərdilər. G.Çiçerin yanvarın 27-də Lozandan müavini Mixail Litvinova gön¬dər¬diyi mək¬tubda ermənilərə ərazilər vermək barədə bəyanatın Beynəlxalq Erməni Cə¬miy¬yətinə təqdim edildiyini yazırdı. Onun fikrincə, sovet hökumətinin erməniləri köçürmək üçün vəsaiti ça¬tış¬madığı üçün bu işdə ermənilərin mühacirətinə maliyyə yardımı və nəq¬liyyat ayıran təş¬ki¬lat¬lar iştirak etməli idilər".
Ermənilərin mühacirəti üzrə komissiyanın 1923-cü il martın 23-də keçirilən Xalq Torpaq Ko¬mis¬sar¬lığının iclasında 200 min nəfərdən çox olmamaq şərti ilə erməninin SSRİ ərazisinə köçürülməsi barədə qərar qəbul edildi. Onların 15 min nəfəri Cənubi Qafqazda yerləşdirilməli idi. G.Çiçerinin təklifi əsasında RK(b)P MK Siyasi bürosunun 1923-cü il noyabrın 22-də ke¬çirilən iclasında (protokol № 47) "Türkiyədən olan qaçqın ermənilər haqqında" məsələ müza¬ki¬rə edildi. Qəbul edilən məxfi qərara əsasən 10 min nəfər erməninin Türkiyədən SSRİ hü¬dud¬larında qəbul edilməsinə etiraz olunmurdu. Beləliklə, Türkiyədən gələn ermənilərin bir qismi Cənubi Qafqaza yerləşdirildi. Həmin ildə Naxçıvanın azərbaycanlılar yaşayan 9 kəndi Ermənistana verildi. İki il son¬ra, 1925-ci il mayın 19-da Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsinin (MİK) Kiçik Rəyasət He¬yə¬tinin iclas qərarına uyğun olaraq (protokol № 12) ermənilər Naxçıvana yer¬ləş¬dirildi: "1923-cü il iyulun 7-də Qarabağın dağlıq hissəsində Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) təşkil edildi. Muxtariyyətin inzibati mərkəzi Xankəndi şəhəri müəyyənləşdirildi. Həmin ilin sentyabr ayında şəhərin adı dəyişdirilərək azərbaycanlılara qarşı soyqırımın təş¬ki¬lat¬çı¬larından biri olan Stepan Şaumyanın şərəfinə Stepanakert adlandırıldı.
Ermənilərin Cənubi Qafqaza gətirilərək azərbaycanlılara məxsus ərazilərdə yerləşdirilməsi 30-cu illərdə də davam etdirildi. Ümumittifaq Kommunist (bolşevik) Partiyası Mərkəzi Komitəsi (ÜİK (b) P MK) Siyasi bürosunun 1931-ci il 10 may tarixli iclasında (protokol № 37) ermənilərin ZSFSR-ə gətirilməsi haqqında məsələ gündəliyin 25-ci maddəsi kimi müzakirə edil¬di. Lakin təxirə salındı. Ancaq bir müddət keçmiş bu məsələ Siyasi büronun iyunun 16-da ke¬çi¬ri¬lən iclasında (protokol № 43) yenidən müzakirəyə çıxarıldı. Məsələ barədə tam məxfi qərar qə¬bul edildi. SSRİ Xalq Xarici İşlər Komissarlığı (XXİK) 1932-ci il martın 14-də 263 №-li tam məxfi məktubla ZSFSR MİK-ə müraciət edərək Türkiyədən gələn ermənilərin və¬tən¬daş¬lığa qəbul edilməsini tövsiyə etdi. Bu barə¬də vəsatət hələ 1928-1929-cu illərdə qaldırılmışdı. ZSFSR MİK katibi Həmid Sulta¬nov Azərbay¬can SSR MİK İşlər İda¬rəsinə 1932-ci il martın 27-də 479-s №-li məxfi məktub gön¬¬dərərək Tür¬kiyə ermənilərinin "SSRİ vətəndaşlığına qəbul edilməsi məsələsini təcili həll et¬mək üçün sizin sə¬rəncamınızı xahiş edirik" – deyə yazdı. Qərarlar yerinə yetirildi. 1936-cı ilin may ayında təkcə Parisdən Ermənistana 2 min nəfər erməni gətirildi. Xarici ölkələrdən gətirilən ermənilərin yaşayışını tə¬min etmək üçün azərbaycanlılar tarixi torpaqlarından sıxışdırıldılar. Köçürmə yolu ilə Ermənistanda ermənilərin sayının artırılması barədə "Daşnaksütyun Parti¬ya¬sı¬nın əks¬inqilabi rolu" adlı arayışda yazılırdı: "Əgər 1920-ci ildə Ermənistanda 774 min nəfər əhali var idisə, 1936-cı ildə onların sayı 1 milyon 200 min nəfər oldu və ya 55% artdı".

Uğur