Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_d/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_c/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_2/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_8/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_5/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_7/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_0/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_9/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_e/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_3/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_a/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_4/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_6/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_f/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_b/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642
İrəvan xanlığında əhalinin etnik və say tərkibi

İrəvan xanlığında əhalinin etnik və say tərkibi Layihə

İrəvan xanlığında əhalinin etnik və say tərkibi

4-cü yazı

İşğaldan sonra Cənubi Azərbaycandan və Osmanlı dövlətindən ermənilərin kütləvi surətdə köçürülməsi keçmiş İrəvan xanlığında demoqrafik dəyişikliklərə səbəb olmuşdur. Müqayisə üçün 1836-cü ilə aid bir məlumatı misal göstərməklə bunun bir daha şahidi olarıq. Məlumata görə, həmin ildə İrəvan şəhərində 2750 ev göstərilmişdi. Ümumilikdə 5.900 şəhər əhalisi qeydə alınmışdı. Bundan 3752-si Azərbaycan türkü, 2148 nəfəri isə erməni idi. 1829-1832-ci illər kameral siyahıyaalınmadan keçən dörd il ərzində şəhər əhalisinin sayı kəskin surətdə aşağı düşmüşdü.

Tarix üzrə fəlsəfə doktoru Elçin Qarayevin İrəvan xanlığı ilə bağlı araşdırmasında bildirilir ki, əgər 1829-1832-ci illər kameral təsvirdə azəri türklərinin şəhərdə sayı 7331 nəfər idisə, 1836-cü ildə bu rəqəm 3752-i nəfərə enmişdi. Təbii ki, bu ermənilərin dəstək aldığı çar icra orqanlarının müsəlmanlara, xüsusilə azəri türklərinə qarşı yeritdikləri siyasətlə bağlı idi. Lakin buna baxmayaraq, şəhərdə Azərbaycan türkləri yenə də üstünlük təşkil edirdi. Kənd əhalisinə gəldikdə isə 1836-cı ildə keçmiş xanlığın ərazisində 508 kənd və bu kəndlərdə 19586 həyət qeydə alınmışdı. Bu həyətlərdə etnik cəhətdən 26.941 nəfər Azərbaycan türkü, 32.457 nəfər erməni yaşayırdı. Bütün kənd əhalisinin ümumi sayı 59.398 nəfərdən ibarət olmuşdu. Bütövlükdə şəhər və kəndlərdə 22.336 həyət və 65.298 nəfər qeydə alınmışdı. Nəticədən görünür ki, erməni əhalisi köçürülmə nəticəsində artmışdı.

Azərbaycanın digər xanlıqlarında olduğu kimi İrəvan xanlığının əhalisi də sosial tərkibinə görə üç qrupa bölünür: 1) imtiyazlı ali təbəqə; 2) din xadimləri və 3) vergi verənlər.

Birinci təbəqəyə xan (və yaxud sərdar), bəylər, sultanlar, məliklər və ağalar daxil idi. İmtiyazlı ali təbəqənin başında mütləq hakimiyyətə malik xan dururdu. Azərbaycanın digər xanlıqlarından fərqli olaraq İrəvan xanlığında xan adı daşıyanlar iki qismə bölünürdü. Birincisi, xanlığın başında duran mütləq hakim idi. Yuxarıdakı fəsildə xan haqqında ətraflı bəhs edilmiş və onların hakimiyyət üsuli-idarəsi təsvir edilmişdi. Xan mütləq hakim olmaqla bərabər, iri torpaq sahələrinə yiyələndiyindən və ticarətə sərmayə qoyduğuna görə, həm də iri mülkədar hesab olunurdu. İkinci qismə Səfəvi şahları tərəfindən «xan» fəxri adı verilmiş xüsusi şəxslər daxil idi. Bu «xanlar» hakim olmasalar da böyük imtiyaz sahibləri idilər. Lakin onlar varislik hüququna malik deyildilər.

Xandan sonra ali silkin növbəti pilləsində bəylər dururdu. A.Bakıxanov yazır ki, «bəy monqol dilində əmr edən, hökm edən deməkdir..., bəy əmr edən hər hansı şəxsə verilən ümumi addır». Bəy rütbəsini ali silk nümayəndələrindən olan xanın övladları, qohumları, onların varisləri və həmçinin xidmətinə və ləyaqətinə görə layiq görülmüş şəxslər daşıyırdı. Bəylər bir neçə qrupa bölünürdü. Bəzi mənbəyə görə bəylər irsi bəy rütbəsi alan və müvəqqəti bəy rütbəsi verilənlərdən ibarət idi. Lakin İrəvan xanlığından bəhs edən başqa bir mənbədə bəylərin üç qrupa bölünündüyü göstərilir. Birinci qrupa irsi bəylər daxil idi. Səfəvi şahlarının xüsusi fərmanı əsasında bəy rütbəsi almışların nəslindən olanlar irsi bəylər adlanırdı. Onlar xüsusi mülkiyyət sahibi idilər və bəylik onlar üçün irsi xarakter daşıyırdı. İrsi bəylər xana qulluq etməyə borclu deyildilər, lakin bəzi hallarda gəlirlərinin bir hissəsini xəzinəyə verməli idilər. Xalq arasında böyük hörmət sahibi olduqlarından, xanlar onlara ehtiyatla yanaşırdı. İrsi bəylərə məxsus kəndlərin inzibati və hüquqi hakimiyyəti də onların əlində cəmləşmişdi. Lakin İrəvan xanları hər vasitə ilə irsi bəylərin nüfuzunu qırmağa çalışırdı. Bu xüsusilə sonuncu sərdar Hüseynqulu xanın dövrünə aid idi. O, bəylərə məxsus kəndləri və onlardan gələn gəlirləri hesaba alaraq bu kəndlərin bəzisini ayrı-ayrı şəxslərə tiyul kimi paylayırdı. Məsələn, Hüseynqulu xan irsi bəylərdən Hümmət bəyə, Rəsul bəyə, Kərim bəyə və Mehdi bəyə məxsus kənlərin bir və ya ikisini tiyul şəkilində başqasına vermişdi.

İkinci qrupa sərdara göstərdikləri inzibati-hərbi qulluq sayəsində və onun mərhəməti ilə bəy rütbəsini alanlar daxil idi. Bu bəylərin başlıca vəzifəsi xanın xidmətində həmişə dayanmaq idi. Xan xüsusi xidmət müqabilində xəzinəyə məxsus və müsadirə edilmiş kəndləri onlara hədiyyə olaraq verirdi. Mükafatlandırılmış bəylər həmin kəndlərin gəlirləri ilə dolanırdı. Lakin onların bu rütbəsi müvəqqəti səciyyə daşıyırdı və qulluq başa çatdıqdan sonra geri alınırdı.

Axırıncı qrupa isə müvəqqəti bəy adını alanlar - kənd ağsaqqalları olan kəndxudalar, rəislər və erməni icma başçıları daxil idilər. Onlar təyin olunduqları vəzifəni müvəqqəti icra etdiklərinə görə, hər hansı sənəd yaxud fərman almırdılar. İstər Azərbaycan türklərinə məxsus kənd ağsaqqalları, istərsə də erməni kənd ağsaqqalları bu vəzifə üçün heç bir məvacib almırdı. Onlar əhalidən aldığı vergilər hesabına dolanırdılar.

Hakimiyyətin sonrakı pilləsində sultan dururdu. Sultan ərəbcə hökmdar deməkdir. Bu rütbə irsi və yaxud yüksək vəzifə tutan bəylərə verilirdi. Sultan qədimi rütbə kimi göstərilirdi. Onlar böyük hüquq və imtiyazlara malik olmaqla yanaşı xanın yanında yüksək mövqe tuturdular. İrəvan xanlığında daha yüksək idarəçilik hüququna malik sultanlar mövcud olmuşdu. Bu sultanlar xanlığa məxsus iki sultanlığı - Şuragöl və Pəmbək sultanlıqlarını idarə edirdi. Hər iki sultanlıq 1779-cu ildə II İraklinin İrəvana hücumundan sonra Kartli-Kaxetiya çarlığının nüfuz dairəsinə düşmüş, 1802 və 1805-ci illərdə isə Rusiyyaya birləşdirilmişdi.

E.Qarayevin İrəvan xanlığı ilə bağlı araşdırmasında daha sonra bildirilir ki, əhalinin silki quruluşunda ağaların da xüsusi yeri vardı. Bu ad monqol dilindədir. Ağa xan ailəsinə daxil olan şəxslərə deyilirdi. Məhz bu baxımdan onlar bəzən böyük imtiyazlara malik idi və irsi bəylərə məxsus hüquqlardan istifadə edirdilər. Lakin onların mülkiyyət üzərində hüququ bəylərdən fərqlənirdi. Belə ki, ağalar xan tərəfindən kəndləri idarə etmək üçün təyin olunurdu. Bu vəzifə irsi və yaxud müvəqqəti ola bilərdi. Ağalar təyin olunduqları kəndlərin gəlirinin bir hissəsindən istifadə edir və kəndlilər onun gəlir mənbəyi idi. Ağalar və onların yaxınları hər cür vergi və mükəlləfiyyətlərdən azad edilmişdi. İmtiyazlılar silkinə maldarlıqla məşğul olan elatların başçıları - elbəyilər də daxil idi. Çoxlu var dövlət sahibi olan elbəyilər silahlanmış çevik hərbi qüvvəyə malik olduqlarından müharibələr dövründə xanlara çox lazım olurdu. Elbəyilər vergi və mükəlləfiyyətlərdən azad olmaqla yanaşı xandan müxtəlif hədiyyələr və geniş otlaqlar alırdılar. Lakin xanlar elbəyiləri daim nəzarətdə saxlamağa çalışır, istədiyi şəxsi elat başçısı təyin edir və onlar arasında baş verən mübahisəli məsələlərə də qarışırdı. Hüseynəli xan (1759-1783) Mirzə ağanı xüsusi təliqə ilə yaylaq-qışlaq həyatı keçirən kürd tayfalarından birinin başçısı təyin etmişdi. Təliqədə göstərilirdi: «Mirzə ağa bütün bacarıq və istedadı ilə həmin köçərilərin işlərini nizama salmalı, onların idarə işinə qarışmalı və bir dəqiqə olsa da bu işdə səhlənkarlıq etməməlidir». Başqa bir sənəddə Hüseynəli xan elat başçıları arasında baş verən münaqişəyə müdaxilə etməsindən bəhs edilir. O, elatların başçılarından Şəmsəddin ağa ilə digər iki tayfa başçısı arasında olan anlaşılmazlığı sülhlə həll etmişdi.

İrəvan xanlığında imtiyazlı ali silk nümayəndələrinin sayı haqqında məlumata yalnız işğaldan sonra tərtib edilmiş kameral siyahıyaalınmadan əldə etmək mümkün olub. Lakin bu mənbə də tarixi gerçəkliyi obyektiv əks etdirmir. Belə ki, Rusiya-İran müharibələri dövründə zadəganlar təbəqəsi, xüsusilə müsəlman silki böyük itkilərə məruz qalmışdı. Onların bir hissəsi öldürülmüş, bir hissəsi isə qonşu dövlətlərə qaçmışdı. Ermənilərin isə həm köçürmə və həm də Rusiya hökumətindən ayrı-ayrı şəxsləri zadəgan titulu ilə təltif etməsi nəticəsində sayı çoxalmışdı.

İrəvan xanlığının Rusiya tərəfindən işğalının müsəlman ali silkinə güclü təsir göstərməsinə baxmayaraq, ermənilərə nisbətən yenə də çoxluq təşkil etmişdi. İrəvan xanlığında xüsusi təbəqə təşkil edən din xadimləri əhali içərisində böyük nüfuza malik idilər. Xanlıqda həm müsəlman, həm də xristian din xadimləri vardı. İrəvan xanlığında hakim din islam dini idi. Tutduğu mövqeyə görə, din xadimləri bir neçə qrupa bölünürdü. N.Dubrovin müsəlman din xadimlərini ali və aşağı olmaqla iki kateqoriyaya ayırırdı. Birinciyə dini hakimiyyəti dünyəvi hakimiyyətlə birləşdirənlər, ikinciyə isə dünyəvi işlərə qarışmayan və yalnız dini işlərlə məşğul olanlar daxil idi. Lakin ondan fərqli olaraq İ.Şopen müsəlman din xadimlərini üç qrupa bölmüşdü:

1) Ali ruhanilər - şeyx-ülislam, müştəhid, qazi, axund, müfti və s.; 2) aşağı təbəqənin nümayəndələri- mollalar, seyidlər, dərvişlər ; 3) xalq təhsili ilə məşğul olanlar - ülama və müdərrislər.

Ali ruhanilər şəriət məhkəmələrinə rəhbərlik edir, ruhaniləri vəzifələrə təsdiq edir və yaxud onları vəzifədən kənar edirdi. Xüms və zəkatın toplanması, bölüşdürülməsi, vəqf torpaqlarının istifadəsi onların bilavasitə nəzarətində idi. Ali ruhanilərin başçısı şeyxülislam «divan»ın üzvü olduğuna görə, hətta xanın fərmanlarını fitvası ilə təsdiqləyirdi. Din xadimləri hər cür vergi və mükəlləfiyyətlərdən azad edilmişdi. Din xadimlərinin əsas gəlir mənbələri vəqf və yaxud vərəsəsiz, məscidə vəsiyyət edilmiş mülklərdən gələn gəlirlər, zəkat və yaxud 710 vergisi hesab olunurdu. Bundan əlavə nigah, sünnət, dəfn, boşanma və s. görə, habelə hər hansı qərarın icrasında şahidlik etdiyinə, dua yazdığına görə də müəyyən miqdarda gəlir əldə edirdilər. Toplanmış gəlirlər bir yerə yığılır və din xadimləri arasında bərabər bölünürdü.

Elçin Qaliboğlu