“Əslində biz hamımız əsgərik” Layihə

“Əslində biz hamımız əsgərik”

Millət vəkili: “Sadəcə bizim səngərdəki əsgərdən fərqimiz ondadır ki, hərəkətə keçməmiz üçün Ali Baş Komandanın əmrinə ehtiyac yoxdur”

Azərbaycan Prezidenti İlham Əliyevin Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasında çıxışı zamanı Ermənistan baş nazir Nikol Paşinyana tutarlı cavabı, həmçinin Türkmənistanın paytaxtı Aşqabad şəhərində keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında Ermənistanda faşizmin qəhrəmanlaşdırılması ilə bağlı fikirləri Azərbaycan və Ermənistan mediası ilə yanaşı bir sıra xarici ölkə mediasında da müzakirə olunur.
Millət vəkili Sahib Aliyev dövlət başçısının fikirlərini Ermənistan rəhbərliyinə vurulan tərs sillə kimi dəyərləndirməklə yanaşı, həm də bunun insanlarımızda inam, ümid hissini daha da artırdığını vurğulayıb. Onun sözlərinə görə, hərdən sosial şəbəkədə Dağlıq Qarabağ problemi ilə bağlı bədbin fikirlər səsləndirilir: "Bilmirəm, bu qəsdən- tapşırıqla, yaxud qərəzlə edilir, yoxsa o cür fikir səsləndirənlərin yumşaq desək, informasiyasızlıqlarından qaynaqlanır. Amma hər ikisi zərərlidir ki, birinci halı lənətləyir, ikincini isə qınayıram. Əgər biz torpaqlarımızı işğaldan azad etmək istəyiriksə, buna nə qədər haqqımız varsa, o qədər də, belə demək mümkünsə, əminliyimiz olmalıdır. Millət, ya da fərd, fərq etməz, sən əgər qarşına qoyduğun hədəf və məqsədə çatacağına əmin deyilsənsə, şübhə ilə yanaşırsansa, çatmayacaqsan. Qarşında hansı maneələr durursa-dursun, özünə əminsənsə, mütləq o maneələri aşacaqsan. Söhbət Dağlıq Qarabağ problemindən gedirsə, üstəlik onu da nəzərə almalıyıq ki, düşmənlərimiz və onlara havadarlıq edənlər də bizi izləyir və burada yazdıqlarımızdan özləri üçün nəticələr çıxarırlar. Konkret problemə gəldikdə onu deməliyik ki, digər konfliktlərə yanaşmada böyük dövlətlərin bir hissəsi tərəflərdən birinə, o biri hissəsi digərinə dəstək vermələrinə, Dağlıq Qarabağ məsələsində isə, demək olar, hamısının işğalçıya havadarlıq etmələrinə baxmayaraq bizdə vəziyyət müsbətə doğru fərqlənir. Məsələn, Ukraynanın, Gürcüstanın torpaq bütünlüyü şübhə altına alındığı, Krım tam ilhaq edildiyi, Abxaziya ilə Güney Osetiyanın müstəqilliklərini Rusiya başda olmaqla bəzi dövlətlər tanıdığı halda içi Ermənistan qarışıq kimsə Dağlıq Qarabağa yanaşmada belə bir addım atmayıb. İstəmirlər, ona görəmi? Xeyr, Azərbaycanın apardığı uğurlu siyasət, onun günü-gündən artan hərbi potensialı buna mane olur. Məhz bu siyasətin nəticəsi idi ki, "Valday" Beynəlxalq Diskussiya Klubunun plenar sessiyasında cənab İlham Əliyev nitq söyləyərək Ermənistanın işğalçılıq siyasətini arqumentlərlə darmadağın etdi".
Millət vəkilinin sözlərinə görə, biz həmən çıxışı siyasi və yaxud da diplomatik polemika nöqteyi-nəzərindən qiymətləndirməkdən daha çox, ona diqqət yetirməliyik ki, bir zamanlar işğalçıya açıq havadarlıq edənlərin indi Dağlıq Qarabağ probleminə yanaşmada az qala Azərbaycan Prezidentinin fikirləri ilə üst-üstə düşən mövqe sərgiləmələri, yaxud da ona belə bir çıxış üçün platforma vermələri nə deməkdir: "Bu uğurun arxasında uzun zəhmət, cənab Prezidentin ölçülü-biçili siyasəti, möhkəm iradəsi, qətiyyəti, böyük diplomatik təcrübəsi və yüksək intellekti durur. Təbii ki, qarşı tərəfin buraxdığı səhvlər də öz təsirini göstərir. Belə səhvlərdən cəmiyyət olaraq biz də faydalanmalıyıq. Özəlliklə də xaricdə yaşayan soydaşlarımız Ermənistanın işğalçı və nasist siyasətinin ifşa edilməsində mühüm rol oynaya bilərlər və oynamalıdırlar. Amma bütün bunlar özfəaliyət şəklində olmamalı, atılan addımların, keçirilən tədbirlərin effektliliyi üzərində düşünülməlidir. Ona görə də təklif etdim ki, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsində Prezident Adminstrasiyası Xarici Əlaqələr Şöbəsinin, Diasporla İş üzrə Dövlət Komitəsinin, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının İdarə Heyətinin təmsilçilərinin, ayrı-ayrı ölkələrdəki diplomatlarımızın ( onlar skaypla da qoşula bilərlər) ardıcıl şəkildə bu cür görüşləri təşkil olunsun. Məhz belə görüşlərdə vətəndaş və cəmiyyət olaraq hayların işğalçılıq siyasətinin ifşası və iflası üçün nələri, həm də necə etməyimiz detallarınadək dəqiqləşdirilməlidir. Özümüz deyib özümüz eşitmək qəbilindən olan, statsistika üçün edilən, cağdaş dövrün informasiya siyasəti reallıqlarına cavab verməyən, az effektli, əcnəbilərin reaksiyasız qaldıqları, onlara təsirsiz ötüşən tədbirlərə son qoyulmalıdır".
Sahib Alıyev onu da bildirib ki, əslində biz hamımız əsgərik. Sadəcə bizim səngərdəki əsgərdən fərqimiz ondadır ki, hərəkətə keçməmiz üçün Ali Baş Komandanın əmrinə ehtiyac yoxdur: "Məncə, elə o əmr "hücum diplomatiyasına keçmək lazımdır",- deməklə çoxdan verilib də. Cənab Prezidentin "Qarabağ Azərbaycandır və nida" sözləri hörmətli Əli Əhmədovun da vurğuladığı kimi həm də o deməkdir ki, necə Azərbaycançılıq, eləcə də Qarabağçılıq bizim milli ideologiyamız olmalıdır. İdeologiya qədər isə milləti birləşdirən və irəli aparan ikinci bir nəsnə hələ fikirləşilib tapılmayıb. Qarabağ Azərbaycandır- bu şübhəsizdir. Azərbaycanlının işğal altındakı Qarabağda olması üçünsə Azərbaycan Qarabağ olmalı, azərbaycanlı bir nəfərinə kimi qarabağlı olmalı, Qarabağla olmalıdır".
Millət vəkili, politoloq Elman Nəsrirov isə deyib ki, Ali Baş Komandan İlham Əliyevin təcavüzkar Ermənistan dövlətinə qarşı son 16 ildə tətbiq etdiyi dərinləşməkdə olan iqtisadi və nəqliyyat blokadası siyasəti, başqa sözlə, təcavüzkar ölkəyə münasibətdə istifadə olunan “taqətdənsalma taktikası” öz real nəticələrini verməkdədir: “Ən mühüm nəticələrdən biri və bəlkə də, birincisi Ermənistanda inqilabın baş verməsi və 20 ildir ki, bu ölkədə bərqərar olmuş xunta rejiminə son qoyulmasıdır. Azərbaycan Prezidenti İlham Əliyev 16 il ərzində ən yüksək beynəlxalq kürsülərdən bəyan edirdi ki, Ermənistanda orta əsr təfəkkürlü, qaniçən, korrupsioner, diktatura rejimi mövcuddur və ona rəhbərlik edən şəxsin-Serj Sarkisyanın əlləri Azərbaycan xalqının qanına batıb. O və ətrafındakı əshabələri bəşriyyətə qarşı hərbi cinayət-Xocalı soyqırımı tərətmişlər. Bu səbəbdən də onalr hərbi canidirlər. Cənab Prezident onu da hər zaman xüsusi olaraq vurğulamışdır ki, bu rejimdən ən çox ziyan çəkən elə ermıni xalqıdır. Erməni xalqı bu cimayətkar rejimin girovuna çevrilmişdir. Nə qədər ki, bu xunta rejimi Azərbaycan torpaqlarından çəkilməyib onun heç bir perspektivi yoxdur. Tarix Prezident İlham Əliyevin bu müdrik fikirlərinin 100 faiz dəqiliyinə şahidlik etdi. Cənab İlham Əiyevin Ermənistanda Serj Sarkisyanın formalaşdırdığı xunta rejimi haqqında söylədiklərini erməni xalqı inqilabi hərakatlarda təkrarlamaqla təsdiqləmiş oldu. Xunta rejimi tarixin qaranlıq arxivinə atıldı. İnqilabi proseslərin dalğasında hakimiyyətə gəlmiş Nikol Paşinyan höküməti münaqişənin tənzimlənməsi istiqamətində sələflərinin buraxdığı kobud səhvlərdən nəticə çixarmalı və konstruktiv davaranış tərzi nümayiş etdirməlidir. Bilməlidir ki, Ermənistanda bütün siyasi və iqtisadi fəlakətlərin əsasında dayanan əsas amil işğalçıllıq siyasətidir. Onun davamı yeni Ermənistan hökumətini də Sarkisyanın sığınacaq tapdığı tarixin çirkli zibilxanasına yuvarlaya bilər. Əksi isə tunelin sonu və işığın bərq vurması deməkdir. Seçim üçün tarix Ermənistana heç də intəhasız vaxt ayrılmayıbdır.
Təəssüf ki, Nikol Paşinyanın münaqişənin həlli ilə bağlı davranışı onun yaxın tarixi keçmişdən müvafiq nəticələr çıxarmadığını təsdiqləyir. O, öz sələfləri kimi daxili auditoriyaya ünvanlanmış populist, məsuliyyətsiz, ziddiyyətli və bir çox hallarda avantürist bəyanatlar verməkdə davam edir. Xüsusilə Nikol Paşintyanın cari ilin 5 avqust tarixində işğal altındakı Azərbaycan ərazisində-Xankəndində dar əhatədə səsləndirdiyi “Dağlıq Qarbağ Ermənistandır. Nöqtə” sərsəm fikri işğalçı ölkənin özündə belə qeyri-ciddi və populsit mövqe kimi qarşılanmışdır”. O, deyib ki, Azərbaycan xalqı isə görür ki, Prezident İlham Əliyev ən mühüm ümummilli problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində son dərəcə prinsipiallıq və qətiyyət göstərir: “Sonuncu dəfə bu davranışı Soçidə “Valday” Beynəlxalq Diskusiya Klubunun plenar sessiyasında nümayiş etdirdi. Münaqişənin tarixi, Ermənistanın işğalçılıq siyasətinin humanitar fəlakət törətməsi, beynəlxalq hüququn işləməməsi, BMT TŞ-ının müvafiq qətnamələrinin kağız səviyyəsinə enməsi, təcavüzkar dövlətin yeni rəhbərliynin populist və məsuliyyətsiz bəyanatlar səsləndirməsi kmi həqiqətləri lazımi məqamda və yerdə dünya ictimaiyyətinə çatdırdı. Çıxışının sonunda isə Paşinyanın dar çərçivədə söylədiyi və daxili auditoriyaya ünvanlanmış “ Dağlıq Qarabağ Ermənistandır. Nöqtə” sayıqlamasına qarşı “ Dağlıq Qarabağ Azərbaycandır Nida işarəsi “ hökmünü irəli sürdü. Cənab Prezidentin bu qətiyyətli mövqeyi Azərbaycanda böyük coşqu və ruh yüksəkliyi ilə qarşılanmışdır. Bu ümuxalq ruhunun məntiqi nəticəsi olaraq Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi, Baş nazirin müavini Əli Əhmədov “ Dağlıq Qarabağ Azərbaycandır! “ Iİctimai Hərəkatının yaradılması təşəbbüsü ilə çıxış etmişdir. Bu təşəbbüs cəmiyyətimiz daxilində, xüsusilə gənclər arasında böyük rezonans doğurmuşdur. Ermənistan isə matəm içindədir. Paşinyanın ən qatı silahdaşları belə onu boyük diplomatik məğlubiyyətdə qınayır, Azərbaycan Prezidentinin böyük uğurunu etiraf edirlər. Yaranan yeni reallıqda Ermənistanda da “Valday” məğlubiyyətindən irəli gələrək bir ictimai hərəkat formalaşmağa başlamışdır. Bu hərəkat “Dağlıq Qarabağ Ermənistandır” adlanmır. Onu adı “ Paşinyandan xilas hərəkatı”dır.
Prezident İlham Əliyev hücum taktikasından istifadə edərək işğalçı Ermənistanın rəhbərliyinə siyasi kürsülərdən bir-birinin ardınca zərbələr vurmaqda davam edir. Azərbaycan Prezidentinin Valday Beynəlxalq Diskussiya Klubunun sessiyasından sonra Aşqabadda MDB Dövlət Başçıları Şurasının iclasındakı çıxışı Ermənistana və bu ölkənin baş naziri Nikol Paşinyana növbəti tərs sillə oldu. Azərbaycan Prezidenti öz çıxışında ölkəmizin faşizm üzərində qələbə qazanmasında müstəsna xidmətləri barədə danışaraq toplantı iştirakçılarının diqqətinə çatdırdı ki, faşizm üzərində qələbəyə Azərbaycan layiqli töhfələr vermişdir. Altı yüz mindən çox azərbaycanlının Böyük Vətən Müharibəsində döyüşdüyünü və onların yarısının canlarından keçdiyini vurğulayan dövlət başçısı cəbhə üçün çox zəruri olan yanacağın çox hissəsinin Azərbaycanın payına düşdüyünü qeyd etdi. Eyni zamanda vurğuladı ki, Bakı nefti olmasaydı, sovet ordusu düşmənə qalib gələ bilməzdi. Faktlarla və arqumentlərə istinad edərək danışan Prezident İlham Əliyev bunun qarşılığında MDB məkanında, xüsusən Ermənistanda faşizmin təbliğatının aparıldığını, faşizmə xidmət edən şəxslərin xatirəsinə abidə ucaldılmasının qəbuledilməz olduğunu təəssüf hissi ilə iclas iştirakçılarının diqqətinə çatdırdı. Prezident İlham Əliyev vurğuladı ki, 2016-cı ildə Ermənistan İrəvanın mərkəzində Böyük Vətən Müharibəsində faşistlərə yardım etmiş Qaregin Njdeyə 6 metr hündürlüyündə abidə ucaldılmışdır. Dövlət başçısı Qaregin Njdenin birbaşa faşistlərlə əməkdaşlıq etməsini konkret faktlarla sübut edərək 2011-2015-ci illərdə hazırlanmış 12 cildlik ensiklopediyanın 6-cı cildindən, habelə Rusiya XİN-in 2019-cu iln may ayında hazırladığı anoloji məzmunlu hesabatdan sitatlar gətirdi. Ensiklopediyanın Rusiyanın Müdafiə Nazirliyinin Kollegiyası tərəfindən, Müdafiə naziri Sergey Şoyqunun birbaşa rəhbərliyi ilə hazırlandığını və ciddi mənbə olduğunu vurğuladı. Azərbaycan lideri bununla da siyasi hoqqabazlıq edən Nikol Paşinyanı susdurdu, onun iddialarını darmadağın etdi. Dövlət başçısının bu çıxışından sonra erməni mətbuatı Nikol Paşinyanı kəskin tənqid atəşinə tutdu. Onu səriştəsiz, savadsız və populist siyasətçi adlandırdı. Prezident İlham Əliyevin isə lazımi yerdə və lazımi məqamda Azərbaycan həqiqətlərini ən yüksək tribunalardan səsləndirməyi bacaran xarizmalı lider kimi xarakterizə etdi...”.

Əli