“İşğalçı ölkə sülh danışıqlarını qəsdən yubadır” Layihə

“İşğalçı ölkə sülh danışıqlarını qəsdən yubadır”

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Litvanın Azərbaycana yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Eqidius Navikas ilə görüşdə deyib ki, rəsmi Yerevan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə sülh danışıqlarını qəsdən yubadır.
Regiondakı hərbi-siyasi vəziyyətə toxunan Müdafiə naziri Ermənistanın işğalçılıq siyasətinin davam etdiyini, ATƏT-in Minsk qrupunun həmsədrlərinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı səylərinə baxmayaraq sülh danışıqlarının rəsmi Yerevan tərəfindən qəsdən yubadıldığını vurğulayıb.
Politoloq Mübariz Əhmədoğlunun fikrincə, Ermənistanın baş naziri Nikol Paşinyan yaxınlarda Dağlıq Qarabağ tənzimlənməsində maraqlı dinamika olduğunu açıqladı. Dağlıq Qarabağ tənzimlənməsində dinamikanın olması mümkündür. Çünki çoxlu səylər göstərilir. Paşinyanın bütün bunların hamısından xəbəri var. Paşinyana müxtəlif təkliflər bildirilir. N.Paşinyan görüş anında deyilənləri başa düşür, Ermənistana qayıtdıqdan sonra verdiyi vədləri reallaşdıra bilmir. Reallaşdıra biməməsinin səbəbi təkcə Dağlıq Qarabağın ona qulaq asmaması deyil.
Politoloqun sözlərinə görə, N.Paşinyan şəxsiyyət, siyasi fiqur kimi ermənilərdə, xüsusən Dağlıq Qarabağ ermənilərində böyük nüfuza malik deyil: "Qarabağ klanını hakimiyyətdən uzaqlaşdırmaq erası getdi. İndi artıq erməni xalqına nüfuzlu, sözübütöv şəxsiyyət lazımdır.
Ermənistanın İctimai Şurasının sədri Vazgen Manukyan “Danışıqların olmaması, müharibə riskini artırır” bəyanatını verdi. V.Manukyan bir müddət Ermənistanın Müdafiə naziri, sonra isə Baş naziri olmuş şəxsdir. Ermənistan cəmiyyətində onu savadlı və mövqeni ortalığa qoymağı bacaran adam hesab edirlər və Vazgen Manukyan hər hansı bir şəxsi sıxıntı da keçirmir. Ola bilər açıqladığı bəyanat ona bundan sonra sıxıntı gətirsin.. V.Manukyan etiraf edir ki, Dağlıq Qarabağ tənzimlənməsi üzrə danışıqlar getmir və danışıqların getməməsinin səbəbi də Ermənistan tərəfidir. Müharibə başlayacağı təqdirdə də əziyyət çəkən tərəf Ermənistan olacaq. V.Manukyan Serj Sərkisyanın müharibə riski ilə danışıqlar prosesi arasında necə balans yaratdığını görürdü.
N.Paşinyan başa düşür ki, erməni xalqı üçün V.Manukyanın sözü daha böyük nüfuza malikdir. N.Paşinyan isə hal-hazırda yeganə Baş nazirdir ki, nəinki 297 min, hətta 500 min dollarlıq maşında gəzmək istəyir. Yəqin ki, Ermənistanın tarixində bundan da sonra belə Baş nazir olmayacaq və Paşinyan çalışır ki, 500 milyon dollarlıq təyyarədə gəzsin. Bunu onun özünün və ailəsinin maraqları tələb edir. Bunun üçün də N.Paşinyana indiki status-kvonu saxlamaq lazımdır. V.Manukyanın bəyanatı Paşinyanın bu planını pozur. Ona görə yenidən beynəlxalq ictimaiyyətin qarşısında yalan danışdı. V.Manukyanın dediyi düzdür, danışıqlar prosesinin yubanması hökmən müharibəyə gətirib çıxaracaqdır. Çünki ən azı effektiv danışıq prosesinin olmaması Ermənistan hərbçisində xofu artıracaq. Ermənistan hərbçisinin xofunun artması həm qoşunların təmas xəttində, həm də dövlət sərhədində özünü göstərəcək. Beləliklə, N.Paşinyan həm də öz xalqına ən asan müharibə qazandırmış Baş nazir olacaq".
"Son zamanlar Ermənistanın baş naziri Nikol Paşinyan ziddiyyətli açıqlamalar verir. Onun çıxışı bir daha göstərir ki, Ermənistan sülh istəmir". Bunu millət vəkili Elman Məmmədov deyib.
Onun sözlərinə görə, Paşinyan hələ də nəticə çıxara bilməyib. Paşinyan əksinə əsil erməni xəstəliyinə tutulan biridir: “Onun Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində sərsəm bəyanatlar səsləndirməsi, davakar mövqe sərgiləməsi, Azərbaycanla normal münasibətlər göstərmək fikrində olmadığını göstərir. Paşinyanın bəyanatları Azərbaycan torpaqlarını işğal altında saxlamaq niyyətini ortaya qoyur”.
Azərbaycan Prezidentinin ölkəmizin güclü dövlət və güclü orduya sahib olması ilə bağlı fikirlərini xatırladan E. Məmmədov söyləyib ki, əgər Ermənistan işğalçılıq siyasətini davam edərsə, bu ölkəni həm iqtisadi, həm də digər sahələrdə daha pis vəziyyət gözləyir: “Göründüyü kimi Ermənistan problemin həlli istiqamətində konstruktiv mövqe nümayiş etdirmədiyi üçün danışıqlar hələ də nəticəsiz olaraq qalmaqdadır”.
Deputat bildirib ki, Ermənistan üçün düzgün yol onun qonşularla qonşuluq münasibətləri yaratmaq, Azərbaycanın torpaqlarını işğaldan azad etmək və işğalçılıq siyasətinə son qoymaqdır: “Bu gün Azərbaycan ordusu Ali Baş Komandanın əmri ilə istənilən an torpaqlarımızı işğaldan azad etmək qabiliyyətinə malikdir. Gedişat göstərir ki, erməniləri başqa cür başa salmaq mümkün deyil. Onları yalnız Azərbaycan əsgəri başa salacaq”.
Millət vəkili Kamilə Əliyeva isə deyib ki, hakimiyyətə gəldiyi ilk gündən gah Qarabağ münaqişəsinin sülh və danışıqlar yolu ilə həlli prosesinə maneçilik törətmək, status-kovunu uzatmaq üçün format dəyişikliyi fintəkarlığına əl atan, gah da ölkə daxilində və Dağlıq Qarabağ erməniləri, “Qarabağ klanı” tərəfindən ona yönələn etiraz, qəzəb, nifrət dalğasını başqa səmtə yönəltmək, öz hakimiyyət ömrünü uzatmaq üçün sərhəddə, təmas xəttində təxribatçılıq əməllərinə, qan tökülməsinə rəvac verən Paşinyan indi də növbəti təxribata əl uzadıraq, işğal altındakı Dağlıq Qarabağda referendurumun keçirilməsi təklifini ortaya atır. O bu addımı ilə bir daha özünün və ölkəsinin işğalçı mahiyyəti ortaya qoyur”.
O bildirib ki, nə Paşinyanın, nə də digərlərinin belə bir təkliflə çıxış etməyə heç bir haqqı yoxdur: “Çünki bu, tam qanunsuzluq, Azərbaycanın qanunlarının və beynəlxalq hüququn açıq-aşkar pozulması cəhdidir. Əvvəla, Dağlıq Qarabağ işğal altında olsa da, Azərbaycanın tarixi və ayrılmaz tərkib hissəsidir, onunla bağlı hər hansı bir qərar vermək hüququna da yalnız və yalnız Azərbaycan dövləti və xalqı malikdir. İkincisi, sovetlər dövründə heç bir əsası olmadan Qarabağ ermənilərinə verilən muxtariyyət-Dağlıq Qarabağ Muxtar Vilayəti hələ 28-29 il bundan öncə Azərbaycan tərəfindən ləğv edilib və onlar heç bir muxtariyyətə malik deyillər. Üçüncüsü, Ermənistanın və onun açıq-gizli himayədarların birbaşa dəstəyi ilə yaradılmış oyuncaq və qondarma “DQR” də tam qanunsuz, cinayətkar bir qurumdur, cinayətkar bir rejimdir. Onu nə Azərbaycan, nə də dünya dövlətləri və dünya birliyi tanıyıb”.
K. Əliyeva söyləyib ki, bu gün həqiqət, fakt və reallıq odur ki, Dağlıq Qarabağ da daxil olmaqla ona bitişik Azərbaycan əraziləri işğal altındadır, erməni işğalındadır: “O ərazilər, əzəli və əbədi Azərbaycan torpaqları işğaldan azad olunmayınca, işğalçı qoşunlar geri çəkilməyincə, həmin ərazilər boşaldılmayınca, işğal faktına son qoyulmayınca Dağlıq Qarabağla bağlı heç bir addım atıla bilməz. Kimsə orada nə referendum keçirə, nə hansısa qərar verə və onu reallaşdıra bilər”.
Deputat əlavə edib ki, Azərbaycan dövlətinin, dövlət rəsmilərinin də daim bəyan etdiyi kimi, Dağlıq Qarabağ ermənilərinə yalnız muxtariyyət verilə bilər, o da bir şərtlə ki, işğala son qoyulmuş, işğalçı qoşunlar işğal olunmuş Azərbaycan ərazilərini tərk etmiş olsun: “Yəni, yalnız bu halda Dağlıq Qarabağ ermənilərinə Azərbaycanın hüdudları daxilində hansısa muxtariyyət verilməsi mümkün ola bilər. Əks halda və təqdirdə, heç nə mümkün deyil. Kimsə Azərbaycandan bunu gözləməsin”.
Onu da qeyd edək ki, erməni politoloq Ağasi Yenokyan bildirib ki, Paşinyan heç bir şəkildə məntiqli olmayan bəzi inkarlara cəhd edirdi. Biz reallıqda görürük ki, Paşinyanın dedikləri nə bu çıxışla, nə də əvvəlki çıxışlarla üst-üstə düşmür.
O qeyd edib ki, ümumiyyətlə, “məsələni milli müzakirə etməliyik, referenduma qoymalıyıq” nə deməkdir?
Politoloqun qeyd edib ki, referendum metodu məsuliyyəti öz üzərindən atma alətidir və Paşinyan bu yolla deyir ki, xalq qəbul etdiyi qərara görə cavabdehdir.
“Qarabağla bağlı yeni danışıqlar proqnozlaşdırıram. Məlumdur ki, bu müddət ərzində danışıqlar ən azından ekspert səviyyəsində davam edir. Eşitmişik ki, masaya müzakirə olunan bəzi sənədlər qoyulub. Bu, o deməkdir ki, artıq ekspert danışıqları var və bəlkə də bu müzakirələr artıq siyasi olmalıdır. Mən bu cür inkişafları istisna etmirəm, lakin bu, variantlardan biridir”, - deyə Yenokyan bildirib.
deyə Ermənistan Müdafiə naziri David Tonoyan noyabrın 4-də Aprel döyüşlərini araşdıran parlament komitəsi haqqında jurnalistlərin sualını cavablandırarkən deyib ki, Ermənistan Müdafiə Nazirliyi üçün hər şey aydındır və Aprel döyüşləri ilə bağlı hər hansı bir qeyri-müəyyənlik yoxdur. Davit Tonoyan eyni zamanda komissiya belə bir qərar verərsə, komissiyaya danışmağa hazır olduğunu bildirib.

Tonoyan ordunun çatışmazlıqlarının olduğunu, lakin Aprel döyüşlərindən sonra təhlil edildiyini və idarələrarası səviyyədə bunun nə olduğu barədə dəqiq bir təsəvvür yaratdıqlarını qeyd edib. Onun sözlərinə görə, Aprel döyüşlərini araşdıran komissiyanın işi müsbətdir, çünki bunun nəticəsində ictimaiyyət də müxtəlif şayiələrdən və şübhələrdən azad olacaq.
O qeyd edib ki, komissiyanın yaradılmasında məqsəd Aprel döyüşləri ilə əlaqədar müxtəlif şayiələr və şübhələrdən erməni xalqını azad etməkdir. Halbuki, Ermənistanda bu komissiyanın məqsədinin döyüşlərdə qruplaşmalara və ya fərdi məqsədlərə xidmət etmək ola biləcəyinə dair narahatlıqlar mövcuddur.
Ermənistanın keçmiş Müdafiə naziri Vağarşak Harutyunyanın komissiyanın orduda hansı səhvlərə yol verildiyinə dair araşdırma barədə verdiyi açıqlamalar fonunda Tonoyanın açıqlaması maraqlıdır. Tonoyan əslində quru cavabla səhv və təsirsiz bir irəliləmə ehtimalının qarşısını almağa çalışır.

Cavid