Güney Azərbaycan Demokratik Türk Birliyi yaradılıb Güney Azərbaycan

Güney Azərbaycan Demokratik Türk Birliyi yaradılıb

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Bəyanat yayıb. Bu barədə "Xalq Cəbhəsi"nə təşkilatın sədri Əjdər Tağızadə məlumat verib. Bəyanatda bildirilir: "Azərbaycan Türkü bir əsrə yaxındır ki, öz doğma yurdunda fars şovinizminin əsarətində yaşamağa məhkum edilib. Bu zaman kəsiyində Azərbaycanın qeyrətli oğulları, qızları əsarət zəncirini qırmaq üçün azadlıq və müstəqillik uğrunda dayanmadan mübarizə aparb. Yaşadığımız yeni tarixi mərhələdə Güney Azərbaycanda Türk milləti özünün ən yüksək oyanış və özünü ifadə mərhələsinə çatıb. Azərbaycan türkünün milli mübarizəsi, güneydən gələn haqq çağırışı, dünyanın diqqətini çəkməkdədir. Artıq Azərbaycan gənclərinin, aydınlarının təşkilatlanaraq, bütövləşmə və milli hərəkata yeni nəfəs gətirmə zərurəti ortaya çıxıb. Bu çağırışa cavab olaraq və tarixi şəraiti doğru dəyərləndirmək məqsədilə,Güney Azərbaycanın tanınmış hərəkatçıları Güney Azərbaycan Demokratik Türk Birliyini (GADTB)yaradıblar.
GADTB İranda Türk millətinin hüquqlarının qorunmasının tək yolunun müstəqillik olduğunu düşünərək, başda Güney Azərbaycanın tarixi torpaqları olmaqla fars şovinizmi əsarətinə düşən bütün Türk millətinin azadlığını və müstəqilliyini qarşıya məqsəd qoyub.
Milli və demokratik dəyərələrə üstünlük verən GADTB, Güney Azərbaycan Türk dövlətinin yaranması və Bütöv Azərbaycan ideyasının gerçəkləşməsi yolunda çalışan, bütün milli qüvvələrə açıqdır. GADTB Güney Azərbaycanın bütün milli qüvvələrini bu təşkilat ətrafında birləşməyə, Güney Azərbaycan Türklərinin azadlığı və müstəqilliyi uğrunda birgə mübarizə aparmağa çağırır.