Azərbaycan İnsan Haqları Cəmiyyəti (ARK) siyasi məhbusla bağlı bəyanat yayıb Güney Azərbaycan

Azərbaycan İnsan Haqları Cəmiyyəti (ARK) siyasi məhbusla bağlı bəyanat yayıb

Mədəni fəal Yusif Kari ilə bağlı Azərbaycan İnsan Haqları Cəmiyyəti (ARK): Ərdəbil məhkəmə sisteminin məsulları cavab verməlidirlər.

Milli-mədəni fəal Yusif Karinin aclıq aksiyası keçirməsi ilə bağlı Azərbaycan İnsan Haqları Cəmiyyəti (ARK) beynəlxalq insan haqları təşkilatlarına şikayət məktubu göndərib.

“ARK” cəmiyyəti yaydığı bəyanatda beynəlxalq insan haqları təşkilatlarını “Yusif Karinin aclıq aksiyasına başlamasından sonra onun son durumu ilə bağlı bilgiləndirib”.

Azərbaycan İnsan Haqları Cəmiyyətinin (ARK) bəyanatında “Ərdəbil məhkəmə sisteminin məsullarının Yusif Kari ilə bağlı baş verə biləcək hər hansı xoşa gəlməz hadisəyə görə məsuliyyət daşıdıqları” bildirilir.

İngilis dilində hazırlanan şikayət məktubu beynəlxalq cəmiyyətlərə, o cümlədən BMT-nin Cenevrədə yerləşən "İnsan Hüquqları Şurası"na göndərilib.

Gunaz.tv