Təbriz Şəhər Şurasının üzvü dövlətin Azərbaycana qarşı laqeyd münasibətini kəskin tənqid edib Güney Azərbaycan

Təbriz Şəhər Şurasının üzvü dövlətin Azərbaycana qarşı laqeyd münasibətini kəskin tənqid edib

Təbriz Şəhər Şurasının üzvü dövlətin Şərqi Azərbaycan Vilayəti (ostan) xüsusi ilə də Təbrizə qarşı laqeyd münasibətini kəskin tənqid edib.
Rəsul Dərsxan Təbriz Şəhər Şurasının iclasında deyib:
"Təəssüflə dövlətin şəhərlərin xərcləri ilə əlaqədar rolu çox azalıb və bu məsələ Təbrizdə gözəçarpan dərəcədədir. Sankı dövlət müflis olub və harada büdcə çatmır Təbriz Bələdiyyəsindən (Şəhrdari) istəyir. Bəs dövlətin Təbrizin abadlıq işləri və idarə etməsində rolu nədən ibarətdir?!".
Şura üzvü Təbrizin "Maşinzasi" futbol takımının imtiyazının (lesenziya) Bədəliyyə tərəfindən alınmasına da işarə edib: "Əhalinin komandasına yardım etmək Bələdiyyənin borcudur. Lakin dövlət nə üçün özünü kənara çəkib?! "Maşinsazi" komanadası Təbrizin maşınqayırma zavoduna (karxanə) aiddir. Və bu məsələ vilayətin məsullarına bir xəbərdarlıqdır, ona görə ki, Şərqi Azərbaycanın sənayesi çökməkdədir. Onlar hətta öz komandalarını cüzi miqdar vəsaitlə (pul) belə təmin edə bilmirlər.
R.Dərsxan vurğulayıb ki, Təbriz Bələdiyyəsi hər zaman dövlətin yükünü öz üzərinə almalı deyil.