Urmiyə zindanında edama məhkum olmuş 6 məhbusdan 40 gündür xəbər yoxdur Güney Azərbaycan

Urmiyə zindanında edama məhkum olmuş 6 məhbusdan 40 gündür xəbər yoxdur

İnsan haqları qrupları 40 gün öncə Urmiyə şəhərinin mərkəzi zindanının 12-ci bölməsindən çıxarıldıqdan bəri edama məhkum olmuş 6 məhbusun taleyi ilə bağlı məlumatsızlığın davam etdiyini bildirir.
Məhkumların Zəncan həbsxanasına köçürülməsi, ya onlardan bir neçəsinin edam hökmünün icra olunmasına dair xəbərlər yayılsa da, İran İslam Respublikasının məhkəmə rəsmiləri bu məlumatı nə təsdiq, nə də təkzib etməyib.
Məhbuslardan biri İran Azərbaycanının əhli-haqq (ələvi) türklərindən olan Yunus Ağayan Əlibəyli təqribən 10 il öncə həmin cəmiyyətin digər mənsubları ilə bərabər Qoşaçay şəhərinin Üçtəpə kəndində həbs edilib.
Digər beş məhkum Saman Nəsim, Sirvan Najavi, İbrahim Şapuri, Əli Əfşari və Həbibullah Əfşari Qərbi Azərbaycan və Kürdüstan vilayətində yaşayan etnik kürdlərdəndir.