Putin rejimi bir il içərisində çökəcək Dünya

Putin rejimi bir il içərisində çökəcək

Vladimiroviç Petrov: "Üç variant var…"

Cavid

Beynəlxalq məsələlər üzrə Avropa Şurasının (European Council on Foreign Relations) toplantısına dəvət olunan araşdırmaçı-analitik-siyasətşünas Nikolay Vladimiroviç Petrov hesab edir ki, Putin rejiminin ömrünə bir ildən az vaxt qalır.
Finlandiyanın "Verkkouutiset.fi" portalının məlumatına görə, N.Petrov özünün "Putinin çöküşü" adlı aprel essesində yazır: "Rusiyadakı indiki idarəetmə sistemi uzun müddət duruş gətirə bilməz. Bu cür idarəetmə sisteminin yenilənə bilmək qabiliyyəti, demək olar ki, yoxdur. Putinin başında dayandığı sistem – iqtisadi problemlər, dağılan infrastruktur və bir-biri ilə çəkişən elita nümayəndələrinə qarşı mübarizə aparmalıdır".
Petrovun fikrinə görə, bu sistem hökumət əleyhinə keçirilən iri miqyaslı etiraz nümayişlərindən və xalq dəstəyinin azalmasından sonra 2014-cü ildə işğalçı hərbi qələbələr nəticəsində öz legitimlik xəttini qurmağa başladı.
Daha sonra Petrov bildirib: "Putin hər şeyi öz əlində cəmləşdirərək, başqa cür düşünənləri zərərsizləşdirdi. İndi hökumət hərbi qələbələr qazanmalıdır, əks halda onun xalq dəstəyi kəskin aşağı düşəcək. Hakimiyyətin bir əldə hədsiz dərəcədə təmərgüzləşməsi sistemi nataraz və effektsiz hala salır. Sanksiyaların neqativ təsirləri və pulun qurtarması nəticəsində Rusiya elitası daha dözümsüz olub. Ona görə də Qafqazdakı kimi münaqişələrin qızışma riski çoxalmağa başlayır. Krımın Rusiyaya birləşdirilməsi seçkilərdən sonra Putinin xalq tərəfindən dəstəklənməsinə yol açadı. Ancaq indi artıq Putin öz təhlükəsizliyini hərbi tədbirlərlə təmin etmək məcburiyyətində qalıb. Hazırda Putin dövlət başçısından daha çox rus çarıdır. Hakimiyyətdə qalmaq üçün Putinə iri miqyaslı müharibələrdə qalib gəlmək lazımdır. Rusiyadakı indiki vəziyyət uzun sürə bilməz. İqtisadi resurslar zaman keçdikcə azalır. Elita isə hərbi düşərgədə daha uzun müddət yaşamaq istəmir. Eyni zamanda da siyasi və idarəetmə sistemi dağılır".
Gələcəkdə hadisələrin inkişafı barəsində Petrovun üç variantı var.
Birincisi – Rusiyada hakimiyyət dəyişikliyi baş verəcək və nəticədə Putin və onun administrasiyası ortadan qalxaraq yox olacaqlar.
İkincisi – Putin indiki idarəetmə rejimini dəyişdirəcək və Qərb ölkələri ilə razılaşmaya gələrək, hakimiyyətdə qalmaqda davam edəcək.
Üçüncüsü – Putini hakimiyyətdən salacaqlar və onu vəziyyəti dəyişə biləcək bir şəxslə əvəzləycəklər.
Belə görünür ki, Putin rejiminin ömrünə bir ildən az vaxt qalıb. Bu rejim üçün təhlükə hakimiyyətin həddsiz dərəcədə bir əldə cəmləşməsi, mühüm qərarların verilməsi üçün lazım olan zamanın getdikcə daralması və hərbi gücün səfərbər edilməsi naminə xərclərin artırılmasından ibarətdir.