Trump qalib gəldi, Kruz kampaniyanı dayandırdı Dünya

Trump qalib gəldi, Kruz kampaniyanı dayandırdı

İndiana ştatındakı qələbədən sonra onun prezident seçkisində namizəd olmaq şansları artıb

Cavid

Ted Kruz İndiana praymerisinin ilkin nəticələri bəlli olduqdan sonra namzidəlik uğrunda yarışı "ürək ağrısı" ilə dayandırdığını elan edib. İndiana ştatındakı səsvermədə üçüncü yeri tutan John Kasich isə namizədlik yarışınında qaldığını elan edib. O sözçüsü vasitəsilə ilə bildirib ki, bu kampaniyada sonadək davam etmək niyyətindədir.
ABŞ prezidentliyi seçkisinə Respublikaçılar Partiyasından namizədlər arasında lider Donald Trump İndiana ştatında keçirilən praymeridə qalib gəlib. John Richard Kasich mübarizəni davam etdirəcəyini bildirib İlkin məlumata görə, onun bu ştatdakı 57 seçki nümayəndəsinin hamısını qazandığı bildirilir. ABŞ mediası xəbər verir ki, səslərin sayılması davam etsə də, Trump indiyədək sayılmış səslərin 54 faizinə sahib olub.
Onun ən yaxın rəqibi Ted Kruzun göstəricisi 33 faizdir. Üçücü yerdə Ohayo ştatının qubernatoru John Kasich gəlir. Beləliklə, Donald Trump artıq indiyədək 1041 seçki nümayəndəsinin mandatını əldə edib. Əgər Nyu York milyarderi respublikaçıların iyulda keçirləcək konventinə qədər 1237 seçki nümayəndəsi toplaya bilsə, qeyd-şərtsiz prezidentliyə namizəd olacaq. Reuters bildirir ki, bunun üçün onun Kaliforniya və Nuyu Cersi ştatlarında qalib gəlməsi kifayətdir.
Hillari Klinton "gözlənilməz" məğlubiyyətə uğrayıb. İndianada keçirilən demokrat praymerisində səsvermənin əvvəlində Bernie Sandersdən azacıq irəlidə olan Hillari Klinton məğlubiyyətə uğrayıb. Bununla belə gözlənilməz qələbə sosialist Bernie Sandersin şanslarını əhəmiyyətli dərəcədə artırmayıb. Bundan əvvəl Klinton onu kampaniyanı dayandırmağa çağırmışdı. İndianada keçirilən praymeri seçkiləri namizədlərin bir-birinə qarşı əndazəni aşan tənqidləri ilə yadda qalacaq. Trump Ted Kruzun atasını prezident Kennedinin qatili Lee Harvey Osvalda yaxın olmaqda ittiham etmişdi. O həm də Kruzu boş yerə pul xərcləməyi dayandırıb seçki yarışından çıxmağa dəvət edib.
Ted Kruz Trumpı "patoloji yalançı" adlandırıb. Respublikaçılar Partiyasının rəhbərliyində olanlardan bir çoxu Donald Trumpın namizədliyini istəməsələr də, onun namizədliyə doğru "zəfər yürüşünü" dayandıra bilməyiblər. İndi respublikaçıların düşərgəsində böyük əndişə və çaşqınlıq var, demokratların yarışına liderlik edən Hillari Klinton isə bəyan edib ki, o artıq bütün diqqətini Trumpın üzərinə yönəldəcək.
İndiana praymerilərində inamlı qələbə qazanan və əsas rəqibi Texas Senatoru Ted Kruzun yarışı tərk etməsi ilə Donald Tramp Respublikaçılar Partiyasının prezidentliyə ehtimal edilən namizədi sayıla bilər. Bu barədə Respublikaçlıar Milli Komitəsinin sədri Reins Pribus Twitter-də bəyanat yayıb.
Hərçənd ki, Tramp formal olaraq nominasiya üçün tələb olunan 1237 qurultay üzvü yığmayıb, onun namizədliyə gedən yolunu kəsəcək ciddi baryer artıq yoxdur.
"Bu mənzərəni seyr etmək gözəldir," Tramp qələbə çıxışında bildirib. "Biz Amerikanı yenidən möhtəşəm edəcəyik."
Ted Kruz bütün səylərini İndianada qələbə çalmağa yönəltmişdi. Hətta namizəd olmamış iddialı üçün qeyri-adi bir jestlə o, vitse-prezidentliyə tərəfdaş olaraq Karli Fiorinanı seçdi. Habelə senator Ohayo qubernatoru Con Keysiçlə pakt bağlayaraq ştatlardakı kampaniyaları onunla koordinasiya etməyə başladı.
Lakin görülən tədbirlər Ted Kruzu məğlubiyyətdən qoruya bilmədi. 50 faiz civarında səs toplayan Tramp yerdə qalan iki rəqibinə böyük səs fərqi ilə qalib gəldi. Təslim nitqində seçicilərin fərqli yol seçdiyini deyən Kruz tərəfdarlarına təşəkkür edərək onları "vətənpərvər" adlandırdı.
Con Keysiçin sözçüsü təmsil etdiyi namizədin iyulda keçiriləcək partiya qurultayında Trampa qarşı müabrizə aparmaq əzmində olduğunu bildirdi.
İndiyədək heç bir siyasi vəzifə tutmamış milyarder biznesmen olan Tramp seçkilərə outsayder olaraq çox sayda yeni adam cəlb etdiyini deyir.
Demokrat Partiyasında isə sabiq Dövlət Katibi Hillari Klinton və Vermont Senatoru Berni Sanders arasında yarış davam edir. Son məlumatlara əsasən, İndiana praymerizindən Sanders 39, Klinton isə 29 nümayəndə toplamağa müyəssər olublar. Qurultaya gedəcək nümayəndələrin sayı baxımdan Klinton Sandersdən xeyli irəlidə gedir.