Almaniya İncirliyi tərk edir Dünya

Almaniya İncirliyi tərk edir

Almaniya Müdafiə Nazirliyi Türkiyənin İncirlik hərbi bazasını tərk etməyə qərar verib.
Buna səbəb bir müddət öncə rəsmi Ankaranın alman deputatlara bazanı ziyarət etməyə icazə verməməsi göstərilib.
Alman mətbuatının yazdığına görə, artıq nazirlik "Tornodo" kəşfiyyat təyyarələrinin Türkiyədən çıxarılması üçün hazırlıqlara başlayıb.
Ayrıca, Türkiyədən çıxarılacaq canlı qüvvənin İordaniya və ya Kiprdə yerləşdiriləcəyi təxmin edilir.
Xatırladaq ki, rəsmi Ankara bu ilin iyununda Almaniya müdafiə nazirinin müavininin rəhbərlik etdiyi deputatlardan ibarət nümayəndə heyətinin İncirlik hava bazasına baş çəkməsinə razılıq verməyib. Türkiyə hökuməti bundan əvvəl Almaniya Müdafiə Nazirliyində akkreditasiyadan keçən almaniyalı jurnalistlərin də hava bazasına girişinə qadağa qoyub.
Türkiyə tərəfinin bu addımının səbəbi iyunun 2-də Almaniya parlamentinin qondarma erməni soyqırımı ilə bağlı qətnamə qəbul etməsi ilə izah olunur.