Çipras: “Avropa Birliyi dağılacaq” Dünya

Çipras: “Avropa Birliyi dağılacaq”

Yunanıstan baş naziri Aleksis Çipras ölkəsinin borcunun azaldılmasını və Almaniya tərəfindən diktə edilən qənaət siyasətinin ləğv edilməsini tələb edib. Çipras verdiyi açıqlamasında Avropanın cənubunda işsizliyin rekord həddə çatdığı bir zamanda Berlinin Avropanın qənaət kassası kimi davranmasını qəbul etməyəcəklərini bildirib. Belə davam edəcəyi təqdirdə Avropadakı seçki və referendumlardan mənfi nəticələr çıxacağını deyən yunan baş nazir bildirib ki, qənaət siyasəti Avropa Birliyinin dağılmasına gətirib çıxaracaq. Çipras işsizliklə mübarizə üçün şimal ölkələrinin cənubdakı dostlarına maliyyə yardımı etməsinin vacibliyini vurğulayıb.
Bu arada Almaniyanın vitse-kansleri xəbərdarlıq edib ki, əgər Böyük Britaniyanın çıxması ilə bağlı məsələlər pis idarə olunursa AB-nin gələcəyi şübhələr altında ola bilər. Sigmar Gabriel deyib ki, digər ölkələr də Böyük Britaniyanın etdiklərini davam etdirsələr AB "quruya bilər" və Böyük Britaniya məsuliyyət daşımadığı halda Avropa haqqında "yaxşı şeylər" saxlaya bilməz. Bu fikir, Böyük Britaniyanın baş naziri Theresa May ölkənin birlikdən çıxması üçün nazirlər toplayıb müzakirə aparmasından sonra səsləndirilib.
BBC-nin siyasi müxbiri Chris Mason deyib ki, xanım May "Əslində Brexit nə deməkdir?" sualına kabinet stolu ətrafından müxtəlif cavablar eşitmək istəyirdi. Almaniyanın həm iqtisadiyyat naziri və kansler Angela Merkel-in müavini olan cənab Gabriel mətbuat konfransında deyib ki, nəticə olaraq dünya Avropanı qeyri-stabil qitə kimi qiymətləndirir. "Brexit pisdir, lakin bu bizi bəzi qorxular kimi iqtisadi cəhətdən incitməməlidir - bu daha çox psixoloji problemdir və böyük siyasi problemdir",- o deyib.
"Əgər biz Brexit-i yanlış yolda təşkil etsək, onda dərin problemdə olacağıq. Ona görə də indi əmin olmalıyıq ki, biz heç bir məsuliyyət daşımadığı halda Böyük Britaniyaya, necə deyərlər, Avropa ilə bağlı olan yaxşı şeyləri saxlamağa icazə vermirik." Xanım Merkel sentyabr ayında keçiriləcək AB-nin gələcək perspektivinə köklənən sammitə zəmin hazırlamaq üçün ötən həftə bir neçə Avropa lideri ilə görüşüb. O deyib ki, birlikdə qalan ölkələr bir-birinə diqqətlə qulaq asmalı və tez qərar qəbul etməkdən yayınmalıdır.