ABŞ Əsəd rejimini niyə vurdu? Dünya

ABŞ Əsəd rejimini niyə vurdu?

ABŞ liderliyindəki koalisiyaya aid döyüş təyyarələrinin İŞİD hədəfləri yerinə Əsəd ordusuna aid hərbi bazanı vurması ABŞ-la Rusiya arasında münasibətləri daha da gərginləşdirib. ABŞ müdafiə nazirliyinin yaydığı açıqlamada Əsəd ordusunun yanlış olaraq vurulduğu bildirilib. Ankara Siyasi və İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Dos. Dr. Akif Kireçci isə ABŞ-ın Əsəd ordusunu vurmaqla əslində Rusiyaya mesaj verdiyi qənaətindədir. "Xatırlayırsınız, Rusiya Suriyada İranın gücünün artıq qeyri-kafi olduğunu gördükdə Suriyaya girmiş və bütün tarazlığı dəyişdirərək "Mən buradayam. Əsəd rejimini və qazanclarımı qoruyacağam"- demişdi.
Bu hadisə xəta olmuş olsa belə Rusiya inanmayacaq. Rusiyadan "ABŞ-ı kim idarə edir? Ağ Evmi Pentaqonmu? Seçkiyə getməkdə olan ölkədə Obamanın gücünün zəiflədiyi" istiqamətində tənqidi şərhlər edilir. Bu şüurlu bir hücumdursa, ABŞ-ın birbaşa sahədə olduğunu haqda açıq mesaj verdiyini düşünürəm. Eynilə Rusiya kimi. Bu isə yeni döyüşün tam mənasıyla başladığı deməkdir. Bu hücum ilə mövcud olan etibarsızlıq mühiti rəsmiləşdi" deyə Akif Kireçci qeyd edib.