“Mançester teraktı Britaniyaya dərs oldu” Dünya

“Mançester teraktı Britaniyaya dərs oldu”

Rusiya Britaniyaya Mançester teraktının araşdırılmasında yardımçı ola bilər.
Bunu jurnalistlərə açıqlamasında Rusiya Federasiya Şurasının Müdafiə Komitəsinin sədri Viktor Ozerov söyləyib.
"Britaniyanın bizimlə əməkdaşlıqdan üz döndərən ilk ölkə olmasına baxmayaraq, biz Londona Mançester teraktının araşdırılması ilə bağlı lazımı informasiyaları təqdim edə bilərik. Təəssüf ki, Mançesterdə baş verənlər Britaniya xüsusi xidmət orqanları üçün dərs oldu. Onlar anladılar ki, digər ölkələrin yardımı olmadan öz xüsusi xidmət orqanlarının işi uğurlu alınmaya bilər", – deyə o bildirib.