İƏT bəyanat yayıb Dünya

İƏT bəyanat yayıb

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) tərəfindən yayımlanan bəyanatda, İsrailin Məscidi-Əqsaya və oradaki müsəlmanlara qarşı dini azadlıqlarına dair, "Məscidi-Əqsanın bağlanması , Fələstinli müsəlman və xristianların təbii haqqı olan müqəddəs yerlərdə ibadət etmək azadlıqlarının kütləvi cəza tətbiq etməsi və dinc şəkildə ibadət edən Fələstinlilərə qarşı ölümcül və həddindən artıq güc istifadə etmə yolu ilə qadağan edilməsi daxil olmaqla İsrailin son zamanlardakı provokatif aktlarını qəti şəkildə pisləyirik". qeyd edilib.
Məscidi-Əqsaya dair son prosesləri müzakirə etmək üçün Türkiyənin çağırışı ilə İstanbulda fövqəladə toplanan "İƏT Xarici İşlər Nazirləri Fövqəladə İcra Komitəsi iclası sonunda dərc olunan yekun bəyannamədə, Qüdsün İslam idarəçiliyində olduğu əsrlər boyu, inşa edilmiş dini və müqəddəs xarakterli nümunəvi yer olduğu qeyd olunub.
Məscidi- Əqsa İslamın ilk qibləsi və ən müqəddəs üç məscidindən biri olduğunun qeyd edilən bəyanatda Qüdsün, Müsəlmanlar üçün ən müqəddəs yerlərdən biri olamsı "müstəmləkəçi İsrail işğalının" səbəb olduğu bütün təhdidlərə qarşı müdafiəsi qətiyyəti vurğulanıb.
"Məscidi- Əqsada Fələstinli müsəlman və xristianların təbii haqqı olan müqəddəs yerlərdə ibadət etmək azadlıqlarının kütləvi cəza tətbiq etməsi və dinc şəkildə ibadət edən Fələstinlilərə qarşı ölümcül və həddindən artıq güc istifadə etmə yolu ilə qadağan edilməsi daxil olmaqla İsrailin son zamanlardakı provokatif aktlarını qəti şəkildə pisləyirik. Bundan başqa, işğalçı İsrail qüvvələri tərəfindən xüsusilə Qüdsdə jurnalist və səhiyyə işçilərinin hədəf alınmasını və Məscidi-Əqsaya gələrək ibadət edən insanlara qarşı vəhşi və sərt hərəkətlərini də pisləyirik".
İsrailin Qüdsün tarixi status-kvonu dəyişdirməyə yönələn son zamanlardakı qərəzli cəhdlərinin qəti surətdə pisləndiyi bəyanatda, Qüdsdə qeyri-qanuni yaşayışlar, müsəlman və xristian Fələstinlilərin müqəddəs məkanlara girişinin qadağan olunması kimi qeyri-qanuni və özbaşına müstəmləkəçi əməliyyatların qəti bir dillə rədd edildiyi bildirilib.
İsrailin Qüdsün demoqrafik quruluşunu dəyişdirməyə yönələn cəhdlərin də rədd edildiyi və pisləndiyi bəyanatda, "İsrailin qeyri-qanuni meyarlarına qarşı dinc etiraz və kütləvi namaz qarşılıq verən Qüdsdəki Fələstinlilərin səbr və gücünü salamlayırıq. Qüdsü ümmət adına qoruyan Fələstinlilərin gücü və dözümünə dəstəyimizi bildiririk". İfadələrinə yer verilib.
Türkiyə, İordaniya, Səudiyyə Ərəbistanı və Mərakeşə dəstəyi üçün təşəkkür edilən bəyannamədə İƏT Zirvə Sədri olaraq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İyulun 22-dəki çıxışının məmnuniyyətlə qarşılandığına diqqət çəkdi.
İşgalci "güc" İsrailin bütün qeyri-qanuni və provokatif məhdudlaşdırmalarının hüquqi və tarixi status-kvo ilə beynəlxalq hüququ pozduğuna işarə edilən bəyanatda, İsrailin Şərqi Qüds kimi, işğal altındakı Fələstin torpaqlarındakı yaşayışlar, Qəzzaya tətbiq olunan qeyri-qanuni və qeyri-insani blokada kimi qeyri-qanuni siyasət və hərəkətləri pislənib.