ABŞ-dan əli üzülən Avropa Türkiyəni yenidən AB üzvlüyünə çağırır Dünya

ABŞ-dan əli üzülən Avropa Türkiyəni yenidən AB üzvlüyünə çağırır

Prezident Tramp ABŞ Konqresinin Rusiya, İran və Şimal Koreyaya nisbətdə bəyəndiyi yeni sanksiyalar haqda qanun layihəsini imzalayıb və sənədin "ciddi qüsurları olduğu"na baxmayaraq "milli birlik" naminə bunu edib. Və indi "sanksiyalar vasitəsilə Amerika düşmənləri ilə mübarizə haqda qanun" ABŞ-Rusiya-AB üçbucağında həqiqətən "kürəsəl ticarət müharibəsinə" çevrilir. Yeni sanksiyalar tətbiqinin əsaslılığını inkar edən Rusiya rəsmilərinin qeyd etdikləri kimi, ABŞ Rusiyanı sındıra və siyasətini dəyişməyə məcbur edə biləcəyini düşünürsə, onda səhv edir. Rusiya baş naziri Medvedyev isə bildirib ki, yeni sanksiyaların tətbiqi ilə Rusiya-Amerika münasibətlərinin yaxşılaşmasına daha ümid qalmayıb və ABŞ bu addımla Rusiyaya əsil ticarət müharibəsi elan edib. Qanun Rusiya iqtisadiyyatının dəmiryolları, gəmiçilik, metallurgiya kimi əsas sahələrini hədəfə götürür. Həmçinin Rusiyanın neft şirkətləri ilə əməkdaşlıq edən şirkətlərə nisbətdə də məhdudiyyətlər daxil edilir.

Starateq "Sabah"a istinadən yazır ki, Tramp qanun layihəsini imzaladıqdan sonra Avropa komissiyası sədri Jan-Klod Yunker vurğulayıb ki, AB-nin Almaniya, Fransa, Hollandiya, Avstriya kimi üzv ölkələrindən Rusiyanın neft-qaz layihələrində iştirak edən şirkətlərin ziyan çəkəcəyi ehtimalı qarşısında AB-də ABŞ qarşısında öz maraqlarını qorumağa və adekvat cavab verməyə hazırdırlar. Aydın olur ki, ABŞ-Rusiya-AB oxu üzrə durum daha da gərginləşə bilər.

Böyük Britaniya isə yeni tərəfdaşları ilə birlikdə Sakit okean cəbhəsində daha fəal siyasət yürütmək niyyətini bildirir. Aydındır ki, kürəsəl energetika oyunu amansızlaşır və ABŞ Rusiya və AB arasında energetika sahələri ilə bağlı əməkdaşlığı ciddi şəkildə pozmağa hədəflənib. Bütün bu hadisələr Türkiyəni AB-nin eneregetika təhlükəsizliyi baxımından daha çox əvəzolunmaz ölkəyə çevirir. Buna görə də AB bir yolayrıcı kimi Şərq Aralıq dənizi bölgəsi, Yaxın Şərq türkdilli respublikaların neft və təbii qazının qovuşduğu Türkiyə ilə daha uzunmüddətli "strateji tərəfdaşlıq" yaratmalıdır.

Nə qədər qəribə olsa da, Yunker dünənki bəyanatında qeyd edib ki, Türkiyə AB-nin önəmli qonşusudur və Türkiyə ilə AB arasında ittifaqda birləşmə haqda danışıqlar davam etməlidir.
Energetika nazirimiz Albayraq isə qeyd edib ki, Almaniyanın "Siemens"şirkətinin dünənki külək elektrik stansiyalarının inşası üzrə nəhəng tenderdə qələbəsi bölgə və dünyaya mühüm siqnaldır. Nazir həm də qürur hissi ifadə edib ki, bu tenderin göstərdiyi kimi, Türkiyə bölgə və dünyada yatırım qoyulası ən etirablı ölkələrdən biridir.
Türkiyənin energetik gedişləri beynəlxalq səhnədə vəziyyətimizi möhkəmləndirir.