Rusiyadan Astanaya sərt təpgi Dünya

Rusiyadan Astanaya sərt təpgi

"NATO və ABŞ Qazaxıstanda möhkəmlənir"

Qazaxıstanda NATO və MDB ölkələrinin iştirakı ilə Alma-Ata vilayətinin İliysk tədris poliqonunda "Səhra qartalı-2017" beynəlxalq sülhməramlı təlimi başa çatıb. Bu cür manevrlər ölkədə 2003-cü ildən müntəzəm keçirilir. Təlimin əsas özəlliklərindən biri bundan ibarətdir ki, burada Rusiya hərbçiləri iştirak etmir, Qazaxıstan əsgər və zabitlərinin təlimi və hazırlığı isə "Qazbat" sülhməramlı batalyonu çərçivəsində istisnasız olaraq Şimal Atlantika standartları üzrə keçirilir.
Budur, Qazaxıstan əsgərləri əsas mərhələsi üç aydan çox çəkən təlimin gedişində bu dəfə də ABŞ və Böyük Britaniya hərbçilərilə birlikdə müxtəlif sülhməramlı tapşırıqlar kompleksini öyrəniblər. Qazaxıstan müdafiə naziri Saken Jasuzakovun dəyərləndirməyinə görə, "Səhra qartalı" "Qazbat" bölmələrininn NATO strukturları ilə əməkdaşlığın möhkəmlənməsi və əməliyyat uyğunluğu səviyyəsinin yüksəldilməsi üzrə mühüm vasitə" olub.

Strateq ng.ru-ya istinadən yazır ki, NATO əməkdaşlıq və bölgəsəl təhlükəsizlik idarəsinin direktoru, genaral-mayor Yan Toft da təlimlərə müsbət qiymət verib. Qazaxıstan müdafiə idarəsi BMT Təhlükəsizlik Şurasına müraciətdə "Qazaxıstanın BMT-nin sülhməramlı missiyasının bundan sonra da təkmilləşdirilməsi və sülhün dəstəklənməsi üzrə BMT missiyalarında hərbi müşahidəçi və sülhməramlılarının sayını artırmaq niyyətində olduğunu" qeyd edən ölkə prezidenti Nursultan Nazarbayevdən sitat gətirib. Saken Jasuzakov Qazaxıstan başçısının sözlərini tamamalayıb: "Bununla bağlı "Səhra qartalı"nın əsas həlqə olduğu birgə sülhməramlı hazırlıqlarımızı davam etdirəcəyik".
Aydındır ki, Qazaxıstan sülhməramlı əməliyyatlara daha fəal qatılmaq istəyir. Lakin respublika DİN başçısı Kayrat Əbdrəhmanov düz bir ay əvvəl qazaxıstanlı mavi dəbilqələrin Suriyada iştirakını sərt formada istisna edib ki, onlar "durumun girovu" olmasınlar. Ən yaxın vaxtlarda belə bir şey olmayacaq – Əbdrəhmanov Qazaxıstanın mövqeyini belə müəyyən edib. Burada, demək olar, Suriyada iki il terrorçuların axırına çıxmaq və düşmənlik edən tərəfləri barışdırmağa çalışan Rusiyanın üzərinə aşkarca kölgə salınıb. Qazaxıstan hərbçiləri RF-dən və MDB-nin digər ölkələrindən həmkarları ilə birlikdə Kollektiv Təhlükəsizlik haqda Müqavilə Təşkilatının üzvüdür, NATO-nun Əfqanıstan əməliyyatına qatılıblar. Lakin Rusiya, Türkiyə və İrandan fərqli olaraq Suriyada bu cür missiyaya qatılmaqdan qəti surətdə imtina edirlər. Əlbəttə, bu, Qazaxıstanın hüququdur, lakin Astana və Moskvanın müttfəqlik münasibətləri nəzərə alınsa, belə çıxır ki, bu cür mövqe RF-nin mövqeyi ilə aşkar ziddiyyətdədir.
İyulda respublika müdafiə naziri müavini, general-leytenat Talqat Muxtarovun başçılığı ilə Qazaxıstan nümayəndə heyətinin Vaşinqtonda Pentaqon təmsilçiləri ilə görüşü keçirilərkən bu mövzu ekspert cəmiyyətində müzakirə olunmağa başlanıb. Qazaxıstan və ABŞ o zaman 2018-2022-ci ilər üçün hərbi əməkdaşlıq planı imzalayıb. Bu planın məzmunu rəsmən açıqlanmır və artıq bu, suallar doğurur.
Ekspert və siyasətçilərin çoxu iddia edir ki, Qazaxıstan ərazisində RF və MDB-nin digər ölkələri üçün potensial təhlükə daşıya biləsi Amerika hərbi obyektləri var. Məsələn, 2017-ci ilin mayın sonunda RF müdafiə naziri Sergey Şoyqunun Federasiya Şurasının üzvləri ilə hökumət saatının gedişində Pentaqonun pulları ilə Gürcüstan və Qazaxıstan ərazisində bioloji mərkəzlərin yaradılması mövzusu qaldırılıb. Dürüst məlumdur ki, Vaşinqtonun 130 milyon dollar məbləğində vəsaiti ilə Alma-Aatada bu cür obyekt tikilib və 2016-cı ilin sentyabrında işə salınıb. Laboratoriya rəsmən infeksiya xəstəliklərinin diaqnostikası, araşdırmalar aparılması, özəl təhlükəli virus vaksinlərinin saxlanması, vaksinlərin axtarışı və s. üçün nəzərdə tutulub. Bütün bunları bir sözlə ifadə etmək olar – kimyəvi silah. Amma RF və MDB-nin digər ölkələri tərəfindən buna lazımi nəzarət yoxdur – bu haqda Rusiya xarici işlər naziri Sergey Lavrov hələ keçən ilin sentyabrında bəyan edərək vurğulayıb ki, "ABŞ-ın bioloji və zəhərli silahlar üzrə Konvensiyanın tələblərinin icrasına nəzarət mexanizmi yaratmaqdan imtinası bu düşüncələrə aparır ki, bu araşdırmalar o qədər də dinc ruhlu deyil".
Sergey Şoyqu senatorlara bu durumu araşdırmağa söz verib. Ancaq Müdafiə Nazirliyi tərəfindən bu məsələ üzrə rəsmi məlumat hələlik daxil olmayıb. Qazaxıstanın hərbi idarəsi isə olduqca qəribə bəyanat verib ki, "Qazaxıstan ərazisində ABŞ dəstəyi ilə yaradılmış hərbi obyektlər yoxdur".
Bununla yanaşı eyni zamanda deyilir ki, "hazırda Amerika tərəfi "Sülh naminə tərəfdaşlıq" tədris mərkəzinin (Alma-Atada) təmiri və sülhməramlı əməliyyatlarda iştirak üçün şəxsi heyətin hazırlanmasında istifadə edilən sülhməramlı əməliyyatların tədris mərkəzinin qazarma-mənzil fondu obyektlərinin inşasında Müdafiə Nazirliyinə yardım edir".
Və bioloji mərkəz haqda bir kəlmə də yoxdur. Ancaq burası da var ki, karantin və zoonoz infeksiyalar elmi Mərkəzinin direktoru Baxıt Atşabar duruma aydınlıq gətirib. Onun fikrincə, mərkəzi ABŞ Müdafiə Nazirliyinin maliyyələşdirməsində təəccüblü heç nə yoxdur: "Kütləvi qırğın silahının azaldılmasını o aparır".
Ekspertlər bu mərkəzi strateji "analitik informasiya resursu" və "böyük araşdırma bazası" adlandırırlar. Lakin heç bir zəmanət yoxdur ki, bu araşdırma bazası Rusiya və MDB-nin digər ölkələrinin ziyanına işləməyəcək.
"Rusiya və Qazaxıstan müttəfiqlik münasibətləri ilə əlaqəlidir. O cümlədən hərbi sahədə də. Biz kosmosu birlikdə mənimsəyirik, birgə beynəlxalq hərbi oyunlar, hərbi təlimlər təşkil edirik. Qazaxıstan güzəştli qiymətlərlə Rusiya silahı alır… Amma təəssüf ki, bu münasibətlər xoşagəlməz faktlarla müşayiət olunur, – hərbi ekspert, general-leytenant Yuri Netkaçev düşünür. – Duyum yaranır ki, Qazaxıstan rəhbərliyi iki kürsüdə əyləşir. O, bir tərəfdən Moskva ilədir, digər yandan ABŞ və NATO-nun başqa ölkələrinin aşkar antirusiya fəaliyyətinə göz yumur".
"NG"-nin həmsöhbəti əmindir ki, "ABŞ "Səhra qartalı" tipli hərbi manevrlərdə iştirak yolu ilə Mərkəzi Asiya hərbi əməliyyatlar teatrını fəal şəkildə öyrənir. Pentaqon hərbçilərinin Qazaxıstanda iştirakı Rusiya hərbi obyektlərinin predmetli kəşfiyyatını aparmaq imkanı verir".
Ekspert hesab edir: "ABŞ Qazaxıstan hərbçilərinə öz dəyər və ideologiyasını təlqin etməklə pulsuz təlim keçir. Mən əminəm ki, qazax əlifbasının latın əlifbasına planlaşdırılan keçidi Amerika müşavirlərinin yardımı olmadan təşkil edilməyib. Bu, aşkar fitnəkarlıq və sosial münaqişələr üçün özül formalaşdırmaqdır. Axı Qazaxıstan əhalisinin yarıdan çoxu rus dilini doğma sayır. Bu onlar, xüsusən də slavyanlar üçün yad hadisə olacaq".