Kiyevə hücum başlanacaq? Dünya

Kiyevə hücum başlanacaq?

ABŞ-ın öldürücü silahları artıq Ukraynaya çatdırılıb.
Bu haqda hərbi jurnalist Yuri Butusov Feysbuk səhifəsində yazıb.
Onun sözlərinə görə, 12,7 millimetr kalibrli "Barrett" M82 və M107snayper tüfəngləri partiyasının çatdırılmalarından sonra Ukrayna Silahlı Qüvvələri və Milli Qvardiya PSRL-1 əl qumbaraatanlarını alıb.
Qumbaraatanlar artıq bir sıra hərbi bölmələrin, xüsusi halda, 3057 saylı briqada ("Azov") və 3018 saylı operativ reaksiya briqadasının silahlanmasına daxil edilib. Qumbaraatan RPQ-7 sovet qumbaraatanının Amerika modifikasiyasını təşkil edir.
"PSRL-1-in tətbiqi göstərdi ki, silah 800 metrdə yerləşən hədəfləri vurur, 500 metr məsafədə yerləşən hədəfləri isə mükəmməl dəqiqliklə məhv edir", - Butusov yazıb.
Xatırladaq ki, ABŞ Senatının silahlı qüvvələr üzrə komitəsi hökuməti Rusiyanın təcavüzünə əks addımlar olaraq raket silahının yaradılmasının yeni proqramını hazırlamağa, Avropada müttəfiqləri dəstəkləməyə, həmçinin Ukraynaya öldürücü silah verməyə çağırıb.
Komitə tərəfindən hazırlanmış 2018-ci ildə milli müdafiəyə təxsisatlar haqqında qanun layihəsində bundan başqa deyilir ki, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Rusiyanın "hibrid müharibəsi" haqqında qanunvericilər qarşısında hesabat verməli olacaq.
Qanun layihəsi öldürücü silahların çatdırılması da daxil olmaqla, Ukraynaya rusiyayönlü separatçılarla mübarizə üçün 500 milyon dollar vəsaitin ayrılmasını nəzərdə tutur. Həmçinin 2014-cü ildə Krımın zəbtindən sonra Pentaqonun Rusiya hərbçiləri ilə birbaşa əməkdaşlığına dair qadağa uzadılır.
Rəsmi Moskva ABŞ-ın Ukrayna silah verəcəyi halda Donbas münaqişəsinin daha da gərginləşəcəyini dəfələrlə bəyan edib. Hətta ötən il Rusiya ABŞ-ın Ukrayna ordusuna silah verəcəyi təqdirdə Kiyevi hücumla hədələyib. Ukrayna parlamentinin "Xalq cəbhəsi" fraksiyasının deputatı Anton Qeraşenko bildirib ki, bu barədə ona Vaşinqtonda deyiblər.
"Mən Vaşinqtonda idim, bir sıra analitik qruplarla görüşdüm. Onlara sual verdim ki, Obama Ukraynaya silah verilməsi haqda Konqresin rəsmi qərarından niyə bu qədər inadla imtina edir? Mənə bildirdilər ki, Kremldən Obama və köməkçilərinə xəbərdarlıq edilib: əgər ABŞ Ukraynaya silah verərsə, o zaman bütün cəbhə boyu Kiyevə hücum etmək qərarı veriləcək. Çünki Amerika silah versə, dinamika Ukraynanın xeyrinə dəyişəcək. Biz Donetski geri alacağıq, Krımın blokadasını yaracağıq və Rusiya məğlub olacaq", - deyə o bildirib.