Putinin varisləri açıqlanıb Dünya

Putinin varisləri açıqlanıb

Rusiya prezidentliyinə ən çox ehtimal olunan varislərin reytinqi açıqlanıb.
Rusiyanın "Peterburq siyasəti" fondu tərəfindən Vladimir Putinin xələflərinin əhali arasındakı nüfuzu qiymətləndirilib.
Siyahıya Rusiyada nüfuz sahibi olan 19 siyasətçinin adı daxil edilib. Siyasətçilər qiymətləndirilərkən onların nüfuzu, fəallığı, münaqişələrdən yayınması və onların işindən gözləntilər nəzərə alınmışdır.
Siyahıya Rusiyanın Baş naziri Dmitri Medvedyev 21 balla başçılıq edib. İkinci-üçüncü yerləri 19 balla Moskva meri Sergey Sobyanin və 18 balla Tula əyalətinin qubernatoru Aleksey Dyumin gəlib.
Siyahıda həmçinin Çeçenistan rəhbəri Ramzan Kadırov (14), Müdafiə naziri Sergey Şoyqu (17) və müxalifət lideri Aleksandr Navalnının (10) adları yer alıb.