Rusiya xüsusi təyinatlıları Ermənistanda Dünya

Rusiya xüsusi təyinatlıları Ermənistanda

Rusiyanın Ermənistanda yerləşən Cənub Hərbi Dairəsinin (CHD) hərbi bazasının kəşfiyyat bölmələrinin hərbçiləri ilk dəfə gücləri şərti düşmənin arxasına keçirmək üzrə təlimlərə başlayıb.
Təlimlərə Mi-24P hücum vertolyotu və Mi-8Mt ordu aviasiyasının hərbi-nəqliyyat vertolyotu, eləcə də Rusiyanın Cənubi Qafqazdakı hərbi birləşməsinin pilotsuz uçan aparatları cəlb edilib.
Qeyd olunur ki, hazırlıq zamanı xüsusi təyinatlılar dəniz səviyyəsindən 2 min metrdən çox yüksəklikdə yerləşən "Kamhud" və "Alagöz" yüksək dağlıq poliqonlarında təlimatçıların vasitəsilə təcrübədə şərti düşmənin arxasına desant keçirmək üzərində məşq edirlər. Həmçinin vertolyotçularla xüsusi təyinatlılar qrupların şərti düşmən xətlərinin arxasına standart çıxışı üzərində çalışır, şərti düşmənin aşkar eedilməsi məqsədi ilə kəşfiyyat-axtarış tapşırıqlarını yerinə yetirir.