İran və İsrail qarşısında iki yol var... Dünya

İran və İsrail qarşısında iki yol var...

"Ərəb baharı"nın yekunları üzrə İranın güclənməsi onların planına daxil deyildi

Suriyada vətəndaş müharibəsi sona çatır. Qənimətin bölünməsi başlanır. "Strateq" yazır ki, "Amerikanın səsi"nin ingilisdilli redaksiyası Böyük Britaniya və Çindən Livana, Suriya sərhədinin 28 km-liyində yerləşmiş Tripoli liman şəhərinə konteyner kranlarını yoxlayan mütəxəssislərin gəldiyini xəbər verir. Ən sadə hesablamalara əsasən, Ümumdünya Bankı Suriya hökumətinin potensial inşaat müqavilələrini 200 milyard dollar dəyərləndirir. Tripoli limanının müdiri Əhməd Tamər gözləyir ki, Suriya Ərəb Respublikasının (SƏR) rekonstruksiya podratı yarısı Rusiya hərbi bazalarının yerləşdiyi Tartus və Latakiyanın payına düşən illik 30 milyon ton yük təmin edəcək. O dəqiqləşdirib: "Biz hər il 6-7 milyon ton yükün keçidini təşkil edə bilərik".
Diqqətçəkəndir ki, Tripoli limanı 2013-cü ildən BƏƏ-də qeydiyyatda keçmiş "Gulftainer" şirkətinin icarəsindədir. Axı ÇXR sədri Si Szinpin "İpək Yolunun iqtisadi qurşağı"nı məhz 2013-cü ildə elan edib. O vaxtdan çox "sular" axıb. "Hizbullah" avqustun sonuna doğru Livan ordusunun dəstəyi ilə İŞİD terrorçularını praktik olaraq Kalamundan sıxışdıraraq onlarla barışıq bağlayıb. "Hizbullah" baş katibi Həsən Nəsrullahın məlumatına görə, 380 yaraqlı silahı yerə qoyaraq Kalamunu tərk etməyə razılaşıb, oradan avtobusla əl-Bukamal şəhərinə (Suriyanın şərqi Deyr-əz-Zor əyalətinə) çatdırılacaqlar. Əməliyyat şərqdən terrorçuların mövqelərini sıxışdıran Suriya hökumət ordusunun iştirakı ilə avqustun 19-da başlanıb. İrana müttfəqi qüvvələr müharibənin yeddi ilində Suriya-Livan sərhədini Qərb agenturasından ilk dəfə təmizləmək fürsəti əldə ediblər ki, bu da perspektivdə Tehrana İraq və Suriyanın şimalından Livana "şiə qurşağı" salmaq imkanı verəcək.
İranın imkanlarını suriyalı beynəlxalq jurnalist Abbas Cuma bu cür dəyərləndirir: "Bu gün heç kim möhkəm və sarsılmaz "şiə oxu" yaradılması xatirinə İraq, Suriya və Livanın dəmiryolu inşası və kommunikasiyanın qalan növləri vasitəsilə birləşdirilməsində Tehran qədər maraqlı deyil. Sözsüz, bu, Tehranın Yaxın Şərqdə nüfuzunu möhkəmləndirəcək. Buna görə Tehranı qınamaq olmaz, belə ki, istənilən ölkə öz geopolitik maraqlarını güdür. İran da istisna deyil. Xüsusən də ona görə ki, onlar münaqişə zonasına quruda fəaliyyət göstərən və ciddi itkilər verən minlərlə əsgər göndərirlər".
Cumanın tezislərini Livanın keçmiş maliyyə naziri Rəya əl-Həsən əvvəllər örtülü şəkildə təsdiqləyib və dəqiqləşdirib ki, Tripoli limanından Suriya sərhədinə avtomobil şose və dəmiryolu salmaq planlaşdırılır. NPR agentliyinin sitat gətirdiyi əl-Həsən vurğulayır: "Maksimum vəzifə İraq, Suriya, Türkiyə və Avropanı əlaqələndirən nəqliyyat qovşağının qurulmasıdır".
Amerikalılar həyəcan keçirirlər. "Ərəb baharı"nın yekunları üzrə İranın güclənməsi aşkar şəkildə onların planına daxil deyildi. ABŞ-ın keçmiş dövlət katib Henri Kissincer buna görə də bu il avqustun 2-də Capx.co nəşri üçün İŞİD-in iflasından sonra "hökumətin varislik" problemləri haqda mülahizə yüdürür: "İŞİD-in məhvinin gərəkdiyində həmfikir olan dövlətlərin əksəriyyəti, o cümlədən şiə İranı və aparıcı sünni dövlətləri onu dəstəkləmir. Amma hazırda İŞİD-in nəzarətində olan əraziləri hansı təşkilat mənimsəməlidir. Sünnilər koalisiyası? Yaxud ərazi İranın nüfuz dairəsinə keçəcək? Bu suallaırn cavabı yəqin deyil, çünki Rusiya və NATO ölkələri zidd fraksiyaları müdafiə edir. İŞİD mülklərini İran ələ keçirsə, onda bu cür inkişafın nəticəsi Tehrandan Beyruta ərazi qurşağı olacaq ki, bu da radikal İran imperiyasının meydana çıxdığına dəlalət edir".
Əlbəttə, İsrail və ona müttəfiq, son illər boyunca "ərəb NATO"su ideyasına sarınan ərəb monarxiyaları hadisələrin bu cür inkişaf ssenarisinə hazır deyil. Qətərin "əl-Cəzirə" telekanalı xəbər verir ki, buna görə də İsrailin baş naziri Benyamin Netanyahu bu il avqustun 28-də İranı yüksək dəqiqlikli raketləri yəhudi dövlətinə tuşlamaq üçün Suriya və Livanda hərbi obyektlər inşa etməkdə ittiham edib. "İran Suriyanı hərbi bazaya çevirir, özünün bəyan edilmiş məqsədi – İsrailin məhv edilməsi üçün Suriya və Livandan cəbhə kimi istifadə etmək niyyətindədir. İsrailin qəbul edə bilməyəcəyi budur. BMT də bunu qəbul etməməlidir", – deyə Netanyahu BMT baş katibi Antonio Quterrişlə avqustun 28-də Təl-Əvivdə baş tutmuş görüşdə bildirib.
İsrail rəhbərliyinin təşvişi diplomatik etiket çərçivəsindən kənara çıxır. Deməli, "əl-Məsdər" ərəb nəşrinin məlumatına əsasən, Təl-Əviv "İranın Suriyanın siyasətinə müdaxiləni davam etdirəcəyi halda Suriya prezidenti Bəşər Əsədin sarayına dəqiq zərbə endirmək hədəsi gəlib". Dəqiqləşdirilir ki, uyğun xəbərdarlıqlar Netanyahunun Rusiya prezidenti Valdimir Putinlə avqustun 23-də Soçidə baş tutmuş görüşündə səsləndirilib. "Əl-Məsdər" agentliyinin məlumatının nə dərəcədə mötəbər olduğunu zamana göstərər.
Hələlik isə İran hökumət başçısı Həsən Ruhani ilə İraq prezidenti Fuad Məsumun avqustun 5-də Tehranda baş tutmuş danışıqlarına diqqət yetirmək lazımdır. İsmarıc konkret idi: İran İraqı dəmiryollarını qaydaya salmağa çağırır. Hətta 2016-cı ilin noyabrında İranın Xürrəmşəhrindən İraqın Bəsrəsinə qədər dəmiryolu inşası haqda ölkələr arasında memorandum imzalanıb. Tehran son yüz il boyunca Britaniyanın üstünlük təşkil edən nufuzu altında olmuş İraqın şiə icmasını özünün logistik sisteminə inteqrasiya etməyə səy göstərir. Təsadüfi deyil ki, Xürrəmşəhr-Bəsrə layihəsi Səddam Hüseyn rejiminin Amerika-Britaniya koalisiyası gücləri tərəfindən devrilməsindən dərhal sonra (2003-də) gündəliyə daxil edilib.
Sonra nə olacaq? Əsas intriqa Tehran-Sənəndəc dəmiryol şaxəsinin sonradan İraq Kürdüstanı və Suriya Kürdüstanına çıxmaqla inkişafından ibarətdir. Ruhani bu ilin martında onun perspektivini sıradakı şəkildə göstərib: "Biz Sənəndəcdən İraq Kürdüstanına qədər dəmiryolunu genişləndirməklə İranı Suriya üzərindən Aralıq dənizi ilə əlaqələndirəcəyəik".
Çox şey bölgə dövlətlərinin gələcək kürd dövlətçiliyinə yanaşmasından asılı olacaq. İran və İsrailin iki yolu var: ya onlar Rusiyanın yardımı ilə birlikdə Latakiyaya "kürd dəhlizi" salacaq, bu da üç dövlətə Suriya ilə ittifaq halında Səudiyyə Ərəbistanının NATO yönlü koalisiyasını tarazlaşdırmaq və xaosdan yayınmaq imkanı verəcək, ya da yad maraqlar naminə bir-biri ilə vuruşmağa məcbur olacaq. Gücləri birləşdirmək hələ gec deyil.