Erməni-rus ordusu çətin durumda: Moskva nə edəcək? Dünya

Erməni-rus ordusu çətin durumda: Moskva nə edəcək?

Rusiya-Ermənistan vahid ordu qruplaşması Moskvanın Cənubi Qafqazda öz önəmli rolunu göstərmək üçün təşkil etdiyi piar aksiyasıdır.
Bu sözləri "Haqqın.az" saytına açıqlamasında rusiyalı politoloq Leonid Radzixovski söyləyib. Onun sözlərinə görə, bu razılaşmanın sadəcə adından başqa heç nəyi yoxdur:
"Məsələ ondadır ki, Rusiyanın vahid ordu qruplaşmasının modernizasiyası və genişlənməsi üçün vəsaitləri yoxdur. Neft, sanksiyalar, Suriyadakı bahalı hərbi əməliyyatlar Rusiyanın maliyyə imkanlarını ciddi şəkildə məhdudlaşdırıb. Üstəlik, prezident seçkisi yaxınlaşır və Kreml hansısa populist qərar qəbul etməlidir. Bu sıraya təqaüdlərin, əmək haqqının artırılması və s. daxil edilə bilər. Bütün bunlar xərc tələb edir. Moskva Ermənistanla yeni vahid ordusunu təmin etmək üçün pulları haradan alacaq? Moskvada ümid edirlər ki, Ermənistana təzyiq edəcəklər və İrəvan da pullarını buraya yatıracaq, amma hazırda Ermənistanın özünün də investisiyalara ehtiyacı var. Kreml sadəcə göstərmək istəyir ki, Cənubi Qafqazda önəmli rol oynayır".