Sarkisyan öz evini həbsxana kamerasına dəyişə bilər Dünya

Sarkisyan öz evini həbsxana kamerasına dəyişə bilər

Yaxın zamanlarda Serj Sarkisyan öz evini həbsxana kamerasına dəyişə bilər. Ermənistanın ikinci prezidenti olan Robert Koçaryan istintaq çərcivəsində sorğuda iştirak etməyə hazırdır. Bu barədə eks dövlət başçısının ofisinin rəhbəri Viktor Saqamanyan bildirib. Onun sözlərinə görə, Koçaryan ancaq bu ayın sonunda Ermənistana gələ bilər. Bəziləri isə iddia edirlər ki, o ölkədən qaçıb.
Saqamanyan həmçinin qeyd edib ki, Koçaryan yazılı şəkilədə də hüquq mühafizə orqanlarını maraqlandıran bütün suallara cavab verməyə hazırdır. İstintaq komitəsi Koçaryanı (Qarabağ klanının nümayəndəsi) keçmiş müdafiə naziri Mikayıl Arutunyanın işi ilə bağlı ifadə verməyə çağırınb. Arutunyan bu gün axtarışdadır.
Keçmiş nazir ölkə konsitutsiyasını pozmaqda ttiham edilir. O, faktiki olaraq ordudan mitinqlərdə iştirak edən insanlara qarşı, mülki məsələlərdə istifadə edərək ölkədə hərbi vəziyyət yaradıb. Nəticədə 8 mülki şəxs və iki polis güllələnib. Amma əsas tapşırıq yerinə yetirilib. Arutunyan Koçaryan ilə faktiki olaraq o zamanki baş nazir Serj Sarkisyanı prezident yarışının qalibi elan ediblər. Bu Ermənistanı partlatdı. İnsanlar məhz öz namizədləri Levon Ter Petrosyanın qalib olduğunu düşünərək küçələrə çıxdı. Amma nə etmək olar? Ordu atəş açdıqdan sonra xalq dağıldı, Sarkisyan isə prezident oldu. Bu postda o düz iki dəfə qalıb. Üçüncü alınmadı. Nikol Paşinyana məğlub oldu.
Bu gün isə yeni baş nazirin əsas hədəfi Qarabağ klanının varlığına son qoymaq və keçmiş prezidenti həbs etməkdir. Bu günlərdə Milli Təhlükəsizlik xidmətinə müraciətində Paşinyan elə deyib: "İstənilən araşdırma zamanı ehtiyac yaranarsa Sarkisyana, onun evinin içinə kimi gedib çıxılacaq. Amma buna mən yox, faktlar, operativ məlumatlar və qanunlar qərar verir".