ABŞ-da nadir qara kərgədan dünyaya gəlib Dünya

ABŞ-da nadir qara kərgədan dünyaya gəlib

ABŞ-ın Çikaqo şəhərinin zooparkında nadir qara kərgədan dünyaya gəlib.

Trend-in məlumatına görə, kərgədan balası 48 saat ərzində zoopark əməkdaşlarının daimi nəzarətində qalacaq.

Qeyd olunur ki, qara kərgədanlar vəhşi təbiətdə nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir.

Məlumata görə, 20 il əvvəl vəhşi təbiətdə sayları 2,4 minədək azalmış kərgədanlar müxtəlif qoruq və zooparklar sayəsində 5 minədək çoxalıb.