Avropa Cənubi Osetiyadakı “seçkiləri” tanımadı Dünya

Avropa Cənubi Osetiyadakı “seçkiləri” tanımadı

Avropa Birliyi iyunun 9-da Cənubi Osetiyada keçirilən seçkiləri tanımır.
Axar.az xəbər verir ki, bu barədə AB-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarının mətbuat katibi Maya Kosyançiç danışıb.
“Bizim mövqeyimiz aydındır. AB Gürcüstanın ərazi bütövlüyünü tanıyır. 9 iyunda keçirilən seçkilərlə bağlı isə xatırladırıq ki, AB seçkilərin keçirildiyi konstitusion və qanunverici çərçivələri tanımır”, - Kosyançiç bildirib.