Türkiyədə yağan dolu 12 nəfəri xəstəxanalıq etdi Dünya

Türkiyədə yağan dolu 12 nəfəri xəstəxanalıq etdi

Türkiyənin Ordu şəhərinə dolu düşüb. Trend-in məlumatına görə, nəticədə 12 nəfər xəsarət alıb.
Bütün xəsarət alanlar xəstəxanaya yerləşdirilib, 1 nəfərin vəziyyəti isə ağır qiymətləndirilir.
Dolunun kənd təsərrüfatına da ciddi ziyan vurduğu bildirilir.
Dolu evlərin və binaların dam və pəncərələrini də dağıdıb.