Merkel Rusiyaya sanksiyaların ləğvi tarixini açıqladı Dünya

Merkel Rusiyaya sanksiyaların ləğvi tarixini açıqladı

Almaniya və Ukrayna hesab edir ki, Rusiyaya qarşı sanksiyalar yalnız Minsk razılaşması reallaşmasında inkişaf olacağı halda zəifləyəcək.
Bunu Almaniya kansleri Angela Merkel Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşdən sonra jurnalistlərə açıqlamasında deyib. O, Zelenski ilə görüşü zamanı Rusiyaya qarşı sanksiyaların gücləndirilməsini müzakirə etmədiklərini bildirib.
Qeyd edək ki, Avropa Birliyi 2014-cü ildən bu yana Rusiyaya qarşı Krım anneksiyası ilə əlaqədar sanksiyalar tətbiq edir.