Türkiyədə meşələr yanır Dünya

Türkiyədə meşələr yanır

Türkiyənin cənub-qərbində Muğla vilayətinin Dalaman rayonunda meşə yanğınları davam edir.
Yanğınların artıq rayondakı hotellər şəbəkəsinə çatdığı bildirilir.
Yanğının söndürülməsi üçün əlavə texnika və canlı qüvvə cəlb olunub.
Qeyd edək ki, bu rayonda meşə yanğını ötən gün yerli vaxtla 15:00-da başlayıb.
Xatırladaq ki, Türkiyə ərazisinin 27,6 faizini meşələr təşkil edir.