Ermənistan ordusu 4 ayda 23 itki verib Dünya

Ermənistan ordusu 4 ayda 23 itki verib

Helsinki Vətəndaşlıq Assambleyasının Vanadzor ofisi rəsmi mənbələr, KİV-lər, bəzi hallarda ölən hərbi qulluqçuların yaxınlarından əldə etdiyi məlumatlar əsasında 2019-cu ilin birinci rübü ərzində Ermənistan ordusunda baş verən ölüm hallarına dair hesabat hazırlayıb.
Hesabatda 2019-cu ilin birinci rübündə Ermənistan silahlı qüvvələrində 23 ölüm hadisəsinin qeydə alındığı bildirilib.
23 ölüm hadisəsindən 11-i avtoqəza, 3-ü sağlamlıq problemləri, 3-ü cinayət, 3-ü intihar və ya intihar həddinə çatdırmaq, 2-si təxribata cəhd, 1-i isə bədbəxt hadisə nəticəsində baş verib.
Qeyd edək ki, ötən il bu müddət ərzində 31 ölüm hadisəsi qeydə alınıb.
Ümumi 23 ölüm hadisəsindən 15-nin Ermənistanda, 7-sinin işğal altında olan Qarabağda, 1-nin isə naməlum, adı açıqlanmayan ərazidə baş verdiyi bildirilir. 23 hadisədən 13-ü haqqında rəsmi bildiriş verilib, 4 hadisə haqqında yalnız KİV-lər məlumat yaydıqdan sonra rəsmi olaraq təsdiq edilib, 6 hadisə haqqında isə ümumiyyətlə rəsmi məlumat verilməyib.
Rəsmi strukturlar, yəni Ermənistan Müdafiə Nazirliyi, Ermənistan Baş Prokurorluğu və Ermənistan İstintaq Komitəsi baş vermiş hadisələrdən yalnız 11-ni hərbi xidmətlə əlaqələndiriblər.
Baş vermiş 23 ölüm hadisəsindən yalnız 17-si barədə cinayət işi açılıb.