Qəznidə universitet yaxınlığında partlayış - Yaralananlar var Dünya

Qəznidə universitet yaxınlığında partlayış - Yaralananlar var

Əfqanıstanın Qəzni vilayətində partlayış olub. Partlayış universitet binası yaxınlığında qeydə alınıb.
Məlumata görə, insident nəticəsində 13 nəfər yaralanıb. Yaralananların hamısının gənclər olduğu deyilir.
Partlayışın hansı səbəbdən baş verməsi və hadisə ilə bağlı başqa detallar açıqlanmır.
Hadisə yerinə təhlükəsizlik qüvvələri və polis cəlb edilib.