“Sülh çeşməsi” əməliyyatı: 5 ölü Dünya

“Sülh çeşməsi” əməliyyatı: 5 ölü

Türkiyənin Suriyanın şimal-şərqində başlatdığı “Sülh çeşməsi” (Barış Pınarı) əməliyyatı çərçivəsində Mardinin Qamışlı bölgəsində 5 YPG-PKK terrorçusu məhv edilib.
Bu barədə “Yeni Akit” nəşri informasiya yayıb.
Məlumata görə, Türkiyə Silahlı Qüvvələri bölgəyə PUA-larla nəzarəti gücləndirib. Hazırda terror qruplaşmasının istənilən aktivliyinə dərhal və kəskin reaksiya verilir. Bölgədə həmçinin terrorçulara məxsus sursat yüklü maşın məhv edilib.