SDQ-dən iddia: 4 türk tankını vurduq, 5 şəhid Dünya

SDQ-dən iddia: 4 türk tankını vurduq, 5 şəhid

Suriya Demokratik Qüvvələri Tel Abyad şəhəri yaxınlığında 4 türk tankını vurduğunu açıqlayıb.
Bu barədə “Əl Hadath” telekanalı informasiya yayıb.
SDQ-nin iddiasına görə, bu zaman 5 türk hərbçisi həlak olub.
Qeyd edək ki, bu məlumata Türkiyə Müdafiə Nazirliyi hələ reaksiya verməyib.