Terrorçular Türkiyəyə hücum etdi: 17 yaralı Dünya

Terrorçular Türkiyəyə hücum etdi: 17 yaralı

Suriyada YPG-PKK terror qruplaşmalarının nəzarətindəki ərazilərdən Türkiyənin Şanlıurfa və Mardin bölgələrinə minaatan mərmiləri ilə zərbə endirilib.
Mərmilərdən bəziləri Şanlıurfanın Ağcaqala, Birecik, Ceylanpınar, Mardinin Nusaybin ilçələrinə düşüb.
Hücum zamanı 17 dinc sakin yaralanıb.
“Sülh çeşməsi” əməliyyatı ilə əlaqədar Şanlıurfanın sərhəd bölgələrində məktəblərdə iki günlük tətil elan edilib.