“Reuters”: ABŞ və İran arasında memorandum bazar günü Cenevrədə imzalana bilər
CNN: İsrail ABŞ-a İranın bloklanmış aktivləri ilə bağlı təzyiq göstərir
Hacıqabul rayonunda iki günəş elektrik stansiyasının tikintisi üçün torpaq sahələri ayrılıb
Cəbrayılda günəş elektrik stansiyasının tikilməsi üçün ayrılan torpaq sahəsi artırılıb
12 Mart 2020 11:43
1 771
İraqda Amerika hərbi bazasının hücuma məruz qalmasından sonra ABŞ liderliyindəki anti-İŞİD koalisiyasının döyüş qırıcıları Suriyada İran Silahlı Qüvvələrinə məxsus (SEPAH) 3 hərbi obyekti vurub.
Teleqraf.com xəbər verir ki, koalisiya qüvvələrinin döyüş təyyarələri Bukamal bölgəsində yerləşən İmam Əli hərbi hava bazası, Sənayi və Hizamdakı hərbi nöqtələrini hədəf alıb.
Hücumlarda İran ordusunun xeyli hərbi texnika və canlı qüvvə itirdiyi bildirilib.
Qeyd edək ki, anti-İŞİD koalisiyasının sözçüsü Milz Kaggins koalisiyanın İraqdakı Taci düşərgəsinin raketlə vurulduğunu açıqlamışdı. ABŞ mediası hücumda 2 Amerika, 1 ingilis hərbçisinin həlak olduğunu yazmış, baş verənlərə görə İran ittiham edilmişdi.