Merkeldən Pasxa xəbərdarlığı: Hələ tezdir... Dünya

Merkeldən Pasxa xəbərdarlığı: Hələ tezdir...

Koronavirusla mübarizə çərçivəsində təhlükəsizlik tədbirlərini genişləndirmək hələ tezdir.
Bu sözləri Almaniya kansleri Angela Merkel bildirib.
Merkel vətəndaşlara Pasxa bayramında bayıra çıxmamaq barədə xəbərdarlıq edib və bayramdan sonra pandemiya ilə bağlı görülən tədbirlərə yenidən baxılacağını vurğulayıb.
Qeyd edək ki, bu gün Almaniya hökuməti koronavirusla mübarizə çərçivəsində sərt tədbirlərin tətbiqi barədə qərar qəbul edib.