İranda sabiq mer parlamentinin spikeri seçilib Dünya

İranda sabiq mer parlamentinin spikeri seçilib

Məhəmməd Baqir Qalibaf İran Parlamentinin spikeri seçilib.
APA-nın Tehran bürosunun məlumatına görə, İran Parlamentinin bugünki iclasında açıq səsvermə zamanı sabiq mer Məhəmməd Baqir Qalibaf 240 deputatdan 231-in dəstəyini alıb.
Qeyd edək ki, M.B.Qalibaf 2008-ci ildən parlamentin sədri postunu tutan Ə.Laricanini əvəz edəcək.