Separatçılar Kiyevi hədələyib Dünya

Separatçılar Kiyevi hədələyib

Rusiya xüsusi xidmət orqanları seşkiləri pozmaq istəyib
Donetsk separatçılarının lideri Kiyevi Slavyansk, Kramatorsk və Mariupolu ələ keçirməklə hədələyib. RİA xəbər agentliyinin verdiyi məlumata görə, "Donetsk Xalq Respublikası" separatçı qurumun rəhbəri Aleksandr Zaxarçenko Ukraynanın şərqində tezliklə aktiv döyüş əməliyyatlarının yenilənə biləcəyini istisna etməyib.
"Hələ hərbi əməliyyatların çox ağır dövrləri olacaq. Slavyansk və Kramatorsk və Mariupol üçün mübarizə aparacağıq. Təəssüf ki, sülh danışıqları alınmır", - deyə Zaxarçenko bildirib.
Xatırladaq, Ukrayna antiterror gücləri iyulun əvvəlində Slavyansk və Kramatorskdan separatçıları sıxışdırıb çıxarıb. Avqustun sonları - sentyabrın əvvəllərində isə Mariupol yaxınlığındakı İlovaysk rayonunu Rusiya qoşununun köməyi ilə ələ keçirilib. Mariupol hazırda cəbhə xətti hesab olunur.
Onu da bildirək ki, Ukrayna Milli Təhlükəsizlik Xidmətininn əməkdaşlarının Donetsk-Mariupol yolunda "Şərq" batalyonunun döyüşçü-kəşfiyyatçısını saxladığı məlumatı yayılıb. Bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının informasiya-analitik mərkəzinin nümayəndəsi Andrey Lısenko brifinq zamanı bildirib.
Onun sözlərinə görə, 1985-ci il təvəllüdlü Ukrayna vətəndaşını saxlayıblar. O, dinc sakini adı ilə Ukrayna ordusunun blokpostlarını keçməyə çalışırdı. Qeyd olunur ki, "Şərq" batalyonu qeyri-qanuni silahlı qruplaşmadır. A.Lısenko vurğulayıb ki, kəşfiyatçı Ukrayna Ali Radasına seçkilər ərəfəsində terror aksiyaları həyata keçirməyi planlaşdırırdı.
Saxlananılan şəxsdən "Şərq" batalyonunun xüsusi nişanı götürülüb. Həmin nişan sahiblərinə "Donetsk Xalq Respublikası"nın bütün blokpostlarını maneəsiz keçmək hüququ verir.
Xatırladaq ki, bir neçə gün əvvəl də Rusiya xüsusi xidmət orqanları Kiyevdə həyata keçrimək istədiyi gizli plan üzə çıxarılıb.
Ukrayna Milli Təhlükəszilik Xidmətinin mətbuat katibi Yelena Qitlyanskaya isə bildirib ki, Rusiya xüsusi xidmət orqanları Ali Radaya seçkilər günündə Kiyevdə təyyarəni partlatmaq, həmçinin Mərkəzi Seçki Komissiyası və Nazirlər Kabinetini atəşə tutmaq istəyirdi.
Onun sözlərinə görə, Rusiya xüsusi xidmət orqanları 24 oktyabrdan başlayaraq Ali Radaya seçkilər keçiriləcək günə qədər "Kiyev xalq respublikası" adından vərəqələr yaymaq istəyirdilər. Milli Təhlükəszilik Xidmətinin mətbuat katibi Rusiya Federasiyası vətəndaşı 1992-ci il təvəllüdlü Sergey Rastrıqin yaradılmış qrupa rəhbərlik etdiyini deyib.
"Cinayətkar qrup dövlət hakimiyyəti orqanları ilə yanaşı, nəqliyyat və kommunal təsərrüfat müəssisələrində diversiyaları və terror aktlarını keçirməyi planlaşdırırdı. Bu məqsədlə Rusiya Federasiyası xüsusi xidmət orqanı Kiyevdə gizli ünvan tutublar. Burada tank əlehinə qumbaraatanlar, reaktiv odsaçanlar və qumbaralar aşkarlanıb. Ukrayna Milli Təhlükəszilik Xidmətinin əməkdaşları müəyyən edib ki, Rusiya xüsusi xidmət orqanları qruplaşmaya planın icrası üçün 64 min 200 dollar verib", - deyə Yelena Qitlyanskaya deyib.
Xarici hərbi ekspertlər isə Donbas hövzəsində döyüşçülərdə məhv edilən tanklar və zirehli texnikanın Rusiyaya məxsusluğunun sübutlarını tapıblar. Hərbi ekspertlər Donetsk vilayətinin Starobeşevskom rayonunda yandırılmış onlarla hərbi texnikanın arasında olan iki tankın Rusiyaya məxsus olduğunu bildiriblər.
"Röyters" bildirir ki, yandırılmış tankların fotosunu dörd müstəqil ekspertə göstəriblər. Hərbi ekspertlər isə bu tip tanklardan Rusiya ordusunda istifadə olunduğunu təsdiüləyiblər. Onlardan biri məşhur sovet tankı "T-72BM"in rus modifikasiyasıdır. Ekspertlər qeyd edir ki, tankların bu modelinin ixrac olunub-olunmadığı məlum deyil.
London Beynəlxalq Strateji Tədqiqatları İnstitutunun hərbi analitiki Cozef Dempsi deyib ki, Rusiya ordusu böyük miqdarda bu cür tanklardan istifadə edir. Amma onların ixracı haqqında məlumat yoxdur". "Röyters"in məlumatına görə, aşkarlanan tank əlehinə raketlər də münaqişədə Rusiyanın iştirakını göstərir. Burada "Kornet" tank əlehinə raketlərin hissələri aşkarlanıb. Ekspertlər təsdiqləyib ki, Ukrayna ordusunda bu tip tank əlehinə raket kompleksləri yoxdur.